Browsing monthly archive

May 2019

MDU-da Karyera mərkəzinin təşkilati dəstəyi ilə təlim keçirilib

Mingəçevir Dövlət Universiteti Karyera mərkəzinin direktoru Üzeyir Zeynalov növbəti təlimin CV-nin tərtib olunması və hazırlanması qaydalarının öyrənilməsinə həsr edildiyini qeyd edib. Təlim “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Zaur Rəsulov tərəfindən keçiriləcəyini bildirib. Tələbələri salamlayan Zaur Rəsulov bildirib ki, CV və onun tərtibi karyera qurulmasının ilk mərhələlərində diqqət yetiriləcək məqamlardandır. CV (Curriculum vitae – […]

MDU-da “Sənayenin təşkili və idarəetmə” kafedrasının təşkilati dəstəyi ilə elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetində “Sənayenin təşkili və idarəetmə” kafedrasının təşkilati dəstəyi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyəti haqqında” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə “Sənayenin təşkili və idarəetmə” kafedrasının müdiri, dosent Emiliya Hüseynova açıb. Bildirib ki, son on ildə Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində […]

Uğurlar çoxdur, amma maneələr də qalmaqdadır

Mayın 10-da Mingəçevir Şəhər İcra Hakimiyyətində 2019-cu  ilin birinci rübü üzrə  Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. İcra Hakimiyyəti başçısı İlham İsmayılov hesabat verərək bildirib ki, aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə […]

İlham İsmayılov : “Şəhərdə abadlaşmayan məhəllə qalmayacaq”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüşünü keçirib. Bu dəfə 127-ci məhəllənin sakinləri 1 nömrəli orta  məktəbin akt zalında toplaşıblar. Görüşdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. İcra Hakimiyyəti başçısı bu günə qədər şəhərdə keçirilən səyyar görüşlərin nəticələri ilə bağlı məlumat verib. […]

2019-cu ilin yanvar-mart aylarında Mingəçevirdə əhaliyə göstərilən ödənişli xidmətlər və iaşə dövriyyəsi

2019-cu ilin yanvar-mart aylarında Mingəçevir əhalisinə 16820,7 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 757,4 min manat və ya 4,7 faiz, müqayisəli qiymətlərlə isə 584,5 min manat və ya 3,6 faiz çoxdur. Diaqramdan göründüyü kimi, 2019-cu ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin […]

Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların 2019-cu ilin yanvar-mart aylarında kommunal və rabitə xidmətlərindən istifadəsi

Azərbaycan Respublikası regionlarının iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş Dövlət Proqramının ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, “Aran iqtisadi rayonu”na daхil olan Mingəçevir şəhəri iri sənaye mərkəzlərindən biridir. Buna baхmayaraq şəhərdə respublika büdcəsindən və yerli büdcədən maliyyələşdirilən bir çoх idarə və təşkilatlar da mövcuddur. 2019-cu ilin yanvar-mart ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən […]

Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Hadisə bu gün səhər saatlarında Energetiklər yaşayış massivində, Cəmil Əliyev küçəsindəki  7 saylı ünvanda baş verib. 2000-ci il təvəllüdlü Teymurova Elnarə Elçin qızı yaşadığı həmin binanın 3-cü mərtəbəsindən yerə yıxılıb. Nəticədə ağır bədən xəsarətləri alan qız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.  Faktla bağlı araşdırmalara başlanılıb.Mingəçevirdə 19 yaşlı qız üçüncü mərtəbədən […]

“Şəhərsalma planı bir nəfərin istəyinə uyğun həyata keçirilə bilməz”

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” proqramı çərçivəsində “Şəhərsalma və Tikinti Məcəlləsi”nin izahına dair növbəti seminarını Mingəçevirdə və Yevlaxda dövlət qulluqçuları üçün təşkil edib. Azərbaycan Respublikası Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, şəhərsalma sahəsində nizam-intizam yaratmaq, nəyin harda tikilə biləcəyinə və […]

MVA çoxmənzilli binaların idarə olunmasıyla bağlı yeni layihəsinə start verib

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi mayın 10-da Mingəçevir Media Mərkəzində ictimaiyyət nümayəndələrinə yeni layihəsni təqdim edib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi barədədir. Məqsəd İqtisadiyyat Nazirliyi, Mingəçevir Bələdiyyəsi və İqtisadi Təşəbbüslərə Yardım İctimai […]

MDU-da Ümummilli liderə həsr olunan Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin VII elmi-nəzəri konfransı keçirilib. Konfransı giriş sözü ilə Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov açmışdır. Şuşa şəhərinin işğal olmasının 27-ci ildönümü ilə əlaqədar Şuşada və Azərbaycanın bütövlüyü uğrunda həlak olan qəhrəman oğul […]