Browsing daily archive

Aprel 3, 2019

Başçı ilə növbəti görüşdə çoxsaylı problemlər qabardıldı

3 aprel 2019-cu ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Xətai küçəsindəki 2, 4 və Nəriman Nərimanov küçəsindəki 44 saylı binaların sakinləri ilə səyyari görüş keçirib. Dövlət başçısının son vaxtlar əhalinin maddi rifahının yüksəldilməsi məqsədilə minimum pensiya, əmək haqqı və müavinətləri artırması, banklardan alınan kreditlərin ödənilməsi, zəlzələdən və yanğından zərər çəkənlərə yardımların göstərilməsi istiqamətində […]

MDU-da Mühəndislik fakültəsində TEC-in VII elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin VII elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə fakültə dekanı, tex.f.d., dosent Vüqar Mustafayev açıb. O, konfrans iştirakcılarına rektor Akif Hacıyevin salamlarını yetirib və konfransın işinə uğurlar dilədiyini qeyd edib. Tələbələrin elmi işlərə marağının sürətlə artdığını diqqətə çatdıran V.Mustafayev kafedraların bu sahədə fəaliyyətini müsbət qiymətləndirmişdir. Fakültə dekanı bildirib […]

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə əlaqədar Mingəçevir Dövlət Universitetində seminar keçirib

Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun əməkdaşları tərəfindən Mingəçevir Dövlət Universitetində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələr üçün ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı seminar keçirilib. Seminarda Təhsil Nazirliyi TİPİİ-nun əməkdaşları baş mütəxəssislər Suqra Quliyeva, Muxtar Hacıyev və mütəxəssis Lalə Məmmədova, MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov, Mətbuat xidmətinin rəhbəri Nazim […]

Tələbələrə adlı təqaüdlər təqdim edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018–2019-cu tədris ilinin payız imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm […]

MDU-da Elm günü qeyd edilib

Mingəçevir Dövlət Universitetində “Elm günü”nə həsr olunmuş “Elmin uğurları” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə professor Veysəl Əyyubov açıb. Veysəl Əyyubov universitetin rektoru Akif Hacıyevin konfrans iştirakçılarına salamını çatdırıb və konfransın işinə uğurlar arzuladığını bildirib. Sonra prof. V.Əyyubov qeyd edib ki, bir çox ölkələrdə 10 Noyabr – Sülh və İnkişaf Naminə Ümumdünya Elm […]