Browsing monthly archive

Aprel 2019

Goranboya yay gəlməsə də artıq ilanlar gəlib

Sürünənlər Goranboyun Qaradağlı kəndində sakinlərin çağrılmamış qonağına çevrilib. Kənd sakini Murad Muxatarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb. Ev sahibinin sözlərinə görə, aprel ayı girəndən həyətdə 10-dan artıq ilan gözə dəyib ki, onun da 6-sını məhv edə bilib. Murad Muxtarov  bildirib ki, evlə yanaşı tövlədə […]

MDU-da V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, “Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni […]

“Asan Peşə”də yol hərəkəti qaydaları izah olunub

Mingəçevir “Asan Peşə” Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün tələbə və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Peşə məktəbinin direktoru İlham İlyasov deyib ki, məqsəd baş verə biləcək yol qəzalarında uşaq və yeniyetmə gənclərin ölüm və xəsarət alma hallarının sayını  sıfıra endirməkdir. Bununla bağlı yeniyemə gənclərə ətraflı […]

Azərbaycan ilk dəfə Polşaya Alüminium profil ixrac etdi

23 Mart,  2019-cu  il tarixində Sumqayıt Texnologiyalar Parkı  Polşaya alüminium profil məhsulları yola salıb. Bu STP ilə yanaşı Azərbaycan tarixində Polşaya ilk alüminium profil  məhsulları ixracıdır. Satışla bağlı ilkin danışıqlar 2019-cu  ilin yanvar ayından başlayıb və mart ayının sonlarında  sifarişçi  şirkətə  test məhsullar yola salınmışdır.  Məhsullar beynəlxalq  standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün  müştəri ilkin […]

Cavid Əlizadəyə ABŞ-dan 74 min dollar təqaüd təklif edilib

Cavid Əlizadə Mingəçevirdə doğulub, boya-başa çatıb. İlk təhsilini şəhərdəki Mingəçevir Texniki  Humanitar Liseyinin rus bölməsində,  Aytən Əliyevanın qrupunda alıb.  7-ci sinifdən təhsilini liseyin eksperimental pilot sinfində (keçmiş türk liseyi) davam etdirib. Hazırda 19 yaşı olan Cavid dünyanın ən tanınmış gəncləri arasındadır. Böyük Britaniyanın İmperial Kollecinə qəbul olub və ona ən yüksək təqaüd təklif edilib. Cavid […]

Leysan yağışları Yevlaxda fəsadlar törədir

Leysan yağışlar Yevlax rayonunun Yuxarı Bucaq kəndi ərazisində sahil boyu fərdi təsərrüfatlarda təhlükə mənbəyini fəallaşdırıb. Belə ki, Əlican çayı boyu yerləşən qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub. Nəticədə kəndin sahil boyu fərdi təsərrüfatlar yuyulma və sürüşmə təhlükəsi ilə üzləşib. Kənd sakini Atay Hacıyevin fərdi təsərrüfat sahəsi daha çox təhlükəyə məruz qalıb. Əvvəlki dönəmlərdə də […]

MDU-da “AFBİA”İB və “İnvestAz investisiya şirkəti” təlim keçib

Mingəçevir Dövlət Universitetində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi (AFBİA), “İnvestAz investisiya şirkəti” QSC və Mingəçevir Dövlət Universitetinin birgə təşkil etdiyi “Maliyyə bazarlarında praktik fəaliyyət” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli […]

MDU Karyera mərkəzinin dəstəyi ilə iş adamı ilə tələbələrin görüşü keçirilib

Mingəçevir Dövlət Universitetində “Şəxsi biznesə gedən yol” mövzusunda tədbir keçirilib. “ForHome”, “Mutfakçı” və “Belissa” mağazalar şəbəkəsinin təsisçisi, iqtisad üzrə fəlsəfə doktoru İlkin Namaz oğlu Manafovun tələbələrlə görüşü baş tutub. Tədbiri giriş sözü ilə Mingəçevir Dövlət Universiteti Karyera mərkəzinin direktoru Üzeyir Zeynalov açıb. İş adamı İlkin Manafov haqqında məlumat verib və görüşün məqsəd və məramı barədə […]

MDU-nun iqtisadçı mütəxəssisləri vergi sahəsində aparılan son islahat və dəyişikləri müzakirə etdilər

Mingəçevir Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat kaferdasının təşkilati dəstəyi ilə “Milli iqtisadiyyatın inkişafında vergi siyasətinin rolu” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə universitetin rektoru Akif Hacıyev açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü və uzaqgörən siyasi kursu qətiyyətlə davam etdirməsi sayəsində, eləcə […]

İ.İsmayılov: “Problemlər mərhələli şəkildə həllini tapacaq”

Mingəçevirlilərlə icra hakimiyyəti başçısının görüşləri ənənə halını alıb. Sakinlər etiraf edirlər ki, illərlə yığılıb qalmış problemlər həll olunur, narahatlıqlara son qoyulur. 14 saylı məktəbin konfrans zalında A.Məmmədov, Ş.İ.Xətai, Nizami və Nərimanov küçələrinin sakinləri ilə keçirilən görüşdə bu məsələ xüsusilə vurğulanıb. Görüşdə iştirak edənlər mövcud problemlərə də toxunaraq, qarşılaşdıqları çətinliklərdən danışıblar. Bildiriblər ki, məhəllədəki yaşayış binaları […]