Browsing monthly archive

Mart 2019

Birinci vitse-prezident: Azərbaycanda çox vacib islahatlara start verilib

2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə.  Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə çıxışı zamanı deyib. M.Əliyeva bildirib ki, bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.

Mehriban Əliyeva səfirlərin həyat yoldaşları ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb. Bu barədə AZƏRTAC məlumat yayıb. Ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Mehriban Əliyeva qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib: “Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi

Mingəçevirin köhnə su xətləri suvarma məqsədilə istifadə olunacaq

Mingəçevirdə içməli su xətlərinin yenidən bərpasından sonra son illər şəhərdə yaşıllığın suvarılmasında narahatlıq yaşanırdı. Amma problem artıq həllini tapıb. Bu barədə Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov martın 28-də sakinlərlə növbəti səyyar görüşündə məlumat verib. Görüş şəhərin 20 Yanvar küçəsi 18, 19 və 20 ünvanlarındakı hündürmərtəbəli  binaların qarşısında baş tutub. Sakinlər şəhərdə aparılan quruculuq-abadlıq […]

Mingəçevirdə yol qəzası baş verib, yaralananlar var

Yüksək sürətlə hərəkət edən “Niva” markalı  avtomaşın “Hunday” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Kənan Şükürov və Leyla Şükurova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya qaldırılıb. Məlumata görə Leyla Şükürovanın xəsarəti  daha ciddidir. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə təhlükəsizlik orqanlarının bayramında 100 illik tarixin səhifələri vərəqləndi

Martın 28-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının 100 illik yubileyi qeyd edilib. Ulu öndərin abidəsi önünə gül qoyma mərasimindən sonra mərkəzin konfrans zalında təhlükəsizlik orqanlarımızın fəaliyyəti ilə bağlı film nümayiş olunub. Filmdə ölkədə sabitliyin qorunmasında, eyni zamanda Bəxtiyar Vahabzadə, Xəlil Rza, Eldar Quiyev kimi ziyalıların sovetlərin kəsəkəsindən müdafiə olunmasında H.Əliyevin rolundan danışılıb. […]

Sumqayıt Texnologiyalar Parkının ifrat yüksək gərginlikli kabelləri Moskvada nümayiş olundu

Sumqayıt Texnologiyalar Parkı17-19 mart 2019-cu il tarixlərdə Moskva şəhərində keçirilən CabEx- Beynəlxalq Kabel, Naqil, Bərkitmə qurğuları və Quraşdırma texnologiyalarının 19-cu Beynəlxalq  Sərgisində iştirak edib.  STP bu sərgidə  regionda yeganə istehsalçısı olduğu  500 kV-a qədər olan ifrat gərginlikli kabel məhsullarını dünyanın ən böyük energetika bazarlarından biri olan Rusiyanın şirkətlərinə və dövlət qurumlarına təqdim edib.  Sərgidə STP […]

Jurnalistlər miqrasiya hüququ sahəsində bilgi ala biləcəklər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 2019-cu il  aprelin 19-dan 21-dək jurnalistlər üçün “Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda 2 günlük seminar keçirəcək. Seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix: 05 Aprel 2019-cu il Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət […]

Heç kəs əlillikdən sığortalanmayıb

Bahar xanım hesab edir ki, bu gün Azərbaycanda əlilliyi olan şəxslər cəmiyyətə inteqrasiya edilsələr də cəmiyyət onlara inteqrasiya olunmayıb “Mənim etdiyimi sağlamların çoxu bacarmır” Martın 8-də 45 yaşını tamamlayan Bahar Şıxıyeva 21 ildir ki, əlillikdən əziyyət çəkir. O, orta məktəbi bitirəndən sonra təhsil sektoruna işə düzəlmişdi, ali təhsil alıb, Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq […]

Mingəçevirdə təhlükə saçan iri gövdəli ağaclardan biri aşdı

Bu  gün səhər saatlarında Mingəçevir  şəhərinin M.Füzuli küçəsindəki  19/87 saylı ünvanda, beş mərtəbəli binanın qarşısındakı iri gövdəli cinar ağacı aşıb. Bina sakinlərinin bildirdiyinə görə, bu ağac  təhlükə yaratmasına baxmayaraq, onun altinda oturanlar da az deyildi. Ağac aşarkən xöşbəxlikdən həyətdə  heç kim  olmayıb. Sadəcə sakinlərin paltar asılqanlarına ziyan dəyib.