Güzəştli mənzillər satışa çıxarıldı – Bir otaqlı mənzil 30 min manata
Yasamal Yaşayış Kompleksində 154 mənzil güzəştlə satışa çıxarılıb. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzil İnşaatı Dövlət Agentliyinin məlumatına görə, bir otaqlı mənzillərin qiyməti – 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti – 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti