Browsing daily archive

Mart 30, 2019

KİV: İlham Əliyev və Paşinyan martın 29-da Vyanada görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş martın 29-da Vyanada baş tutacaq. Bununla bağlı “İnterfax” Avstriya paytaxtındakı mənbəyə istinadla məlumat verib.  “Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, – mənbə bildirib.  Martın 14-də Azərbaycan XİN başçısı Elmar Məmmədyarov

Politoloq: Qarabağı heç kim erməni ərazisi kimi tanımayacaq – MÜSAHİBƏ

ABŞ prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması ilə bağlı qərarı bir çox mübahisələrə və ziddiyyətli bəyanatlara yol açıb. Dünyanın, demək olar ki, bütün ölkələri, o cümlədən, BMT Təhlükəsizlik Şurasının bütün üzvləri bu qərarı tanımadı. Bununla belə, Trampın bu qərarı müasir dünya siyasətində qeyri-adi bir presedentdir. Bu, fakt olaraq qalır.  Amerika-Azərbaycan İnkişafa Yardım

Amaşov: Prezidentin proqramı son dərəcə zəngindir

Prezident İlham Əliyevin 2018-ci ilin prezident seçkilərindən sonrakı bir ildəki fəaliyyəti müxtəlif cəhətlərdən diqqəti cəlb edir. Əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin üzərində dayanmaq istərdim. Hesab edirəm ki, dövlət başçımız münaqişəyə əvvəlki illərdəkindən daha prinsipial mövqe nümayiş etdirib. Onun bəyanatlarının qətiyyətlilik tonu ictimai rəyin formalaşmasına həlledici təsir göstərməkdədir. Azərbaycan

Hikmət Hacıyev Vyana görüşü barədə – Danışıqlara yeni impuls verildi

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı AZƏRTAC-a açıqlama verib. Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçdi. Uzun

Vyanada həmsədrlərə verilən açıq işarə – Deputat açıqladı

Vyana görüşündə cənab prezidentimiz İlham Əliyev ilk növbədə, Azərbaycan dövlətinin və xalqının prinsipial, qətiyyətli, ədalətli və obyektiv mövqeyini bir daha təsdiq etdi. Birincisi, işğalçı Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionundan və digər rayonlarından ordularını çıxarmalıdır, ondan sonra digər proseslər – humanitar və s. başlaya bilər. İkincisi, hərbi təcavüz nəticəsində yaradılmış Dağlıq Qarabağ

Azərbaycana gələn və ölkədən çıxan pul baratlarının həcmi artıb

2018-ci ildə Azərbaycana göndərilən pul baratlarının həcmi 5,8% artaraq 1,1 mlrd.dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 5,4% artaraq 361,4 mln. dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, nəticədə pul baratları üzrə 718,3 mln. dollar həcmində müsbət saldo yaranıb. Pul baratlarının həcminin formalaşmasına gəlincə, Azərbaycanın ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2,9 mlrd. dollarlıq […]

“Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 milyon manat güzəştli kredit istəyib

Bakıdakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş 142 sahibkar İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında fərdi qaydada qəbul edilib. Nazirlikdən verilən məlumata görə, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış

Bakıda bahalı oğurluq

Bakıda evdən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırmalar