Browsing daily archive

Mart 29, 2019

Zakir Həsənov BMT-nin toplantısında iştirak edib

ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da BMT-nin Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-Yorkda keçirilən toplantısında iştirak edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşlərin davamı və bu sahədə qlobal miqyasda görülən işlərin daha da

Prezidenti İlham Əliyev Avstriyanın Federal Kansleri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Federal Kansler Sebastian Kurts Prezident İlham Əliyevi qarşılayıb. Prezident İlham Əliyev və Federal Kansler Sebastian Kurts birgə foto çəkdirib. Sonra Prezident İlham Əliyevin Federal Kansler Sebastian Kurts ilə təkbətək görüşü

Şərurlu İsfəndiyar məhkəməyə verildi

Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır. Bu barədə “Report” məlumat yayıb. Onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur. E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə, Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.

Polkovnikin bir milyonluq dələduzluq işində adı keçən şəxsə – HÖKM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik Sahib Şükürovla birgə dələduzluq etməkdə təqsirləndirilən Qədir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  Oxu.Az xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, Q.Sultanov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.  Qeyd edək ki, S.Şükürov ümumilikdə bir milyon

Nazirlik: Sahibkarlara üç milyon manatın ayrılması təmin edilib

Prezident tərəfindən yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olunub.  Maliyyə Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamında verilmiş tapşırığın icrası təmin edilib: “Elə bu gün

Fazil Mustafa: Funksiyasını yerinə yetirən yeganə şəxs dövlət başçısı oldu

Deputat Siyavuş Novruzov “Diqlas” ticarət mərkəzində baş verən yanğından danışıb. Oxu.Az xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında qeyd edib ki, ötən gün prezidentin sədrliyi ilə yanğınla bağlı müşavirə keçirildi və sığorta ilə bağlı göstəriş verildi: “Ancaq müvafiq komitədə bununla bağlı layihələr hazırlanmalıdır ki, insanların əmlakının sığortalanması burada öz əksini tapsın. Bəzi hallarda […]

Birinci vitse-prezident: Azərbaycanda çox vacib islahatlara start verilib

2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə.  Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə çıxışı zamanı deyib. M.Əliyeva bildirib ki, bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.

Mehriban Əliyeva səfirlərin həyat yoldaşları ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb. Bu barədə AZƏRTAC məlumat yayıb. Ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Mehriban Əliyeva qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib: “Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi