Browsing daily archive

Mart 20, 2019

Hər yerdə abadlıq və səliqə-sahman

Martın 16-da Mingəçevirin bütün küçə və xiyabanlarında, həyət və məhəllələrində Novruz bayramının gəlişi münasibətilə iməcilik keçirilib. İH-dən aldığımız məlumata görə, idarə və müəssisələrin, eyni zamanda sahibkarların qatıldıqları təmizlik bayramında şəhər ərazisi tullantı və məişət çıxarlarından təmizlənib, park və bağlarda yaşıllıq sahələri bellənib, ağac və kül kolları əkilib.

Başçı “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şəxslərlə görüşüb

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən “Ölkəmizi  tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilər və onları  müşaiyət  edəcək  şəxslərlə görüşüb. Görüşdə şəhər rəhbəri şagirdlərə “Ölkəmizi  tanıyaq” tur aksiyasının  əhəmiyyətindən danışaraq, xoş istirahətlər arzulayıb.

9 yaşlı İbrahim 8-ci dəfə çempiondur

Alpaqut Turan döyüş sənətinin sirlərinə yiyələnən Mingəçevir “Tayçszi–Çsyuan” idman-sağlamlıq klubunun 9 üzvü bu günlərdə şəhərimizə 9 medal gətirib. Onlar Bakıda, Şağan Olimpiya  İdman Kompleksində  keçirilən  V respublika çempionatına qatılıblar. 40-a yaxın idman klubunun təmsil olunduğu yarışda mingəçevirlilərin beşi 1-ci, üçü 2-ci və biri isə 3-cü mükafata layiq görülüb. Bu barədə qəzetimizə klubun məşqçi müəllimi, karate […]

Mingəçevirdən başlayan tibbi sığorta bizi, xəstəxanamızı və ölkəmizi necə dəyişir?

Maddi-texniki baza möhkəmləndirilib Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla 2017-ci il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığorta sisteminin (İTSS) tətbiqi məqsədilə pilot layihəyə başlanıb. Sonradan Ağdaş rayonu da bu layihəyə qoşulub. Hər üç bölgədə dövlət səhiyyə qurumuna daxil olan təşkilatlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji […]