Browsing daily archive

Mart 14, 2019

3 ay ərzində 69 tədbirə 457 gənc qatılıb

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində Azərbaycan Gənclər Fon-dunun maliyyə dəstəyi ilə reallaşan Debat Forumu uğurla yekunlaşıb. Forumda 22 komandanın tərkibində 66 söz cəngavəri mübarizə aparıb. Finalda “Qarabağ” (3 saylı məktəb)  və “Demosfen” (Texniki Humanitar Liseyi) komandaları qarşılaşıblar.  Hakim heyətinin qərarına əsasən “Demosfen” forumun qalibi elan olunub. Qaliblərə kubok, ən yaxşı natiqlərə və xüsusi fəallığı […]

PA-nın məsul işçiləri 1 gündə 75 nəfərlə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi, ərazi idarəetmə və hüquq sahəsi üzrə şöbələrindən gələn nümayəndələr martın 14-də Mingəçevirdə olublar. Onlar 75 vətəndaşın qaldırdığı problemi dinləyib və qeyd olunan məsələlərin həlli üçün adiyyəti qurumlara tapşırıqlar veriblər. Görüşə gələnlər problemli kreditlər, iş yerləri, Qarabağ əlillərinin mənzillə təminatı və müalicəsi, kommunal və başqa məsələlərlə bağlı müraciət ediblər.