Browsing daily archive

Fevral 6, 2019

Gürcüstanın Azərbaycandakı baş konsulu Mingəçevirdə səfərdə olub

Gürcüstanın Azərbaycandakı baş konsulu Mamuka Balavadze Mingəçevir şəhərinə səfər edib. Səfər çərçivəsində  gürcüstanlı konsul Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Tanışlıq məqsədi ilə keçirilən görüşdə  icra başçısı şəhərin tarixi və inkişafı, turizm imkanları və əsas sənaye istiqamətləri barədə məlumat verib. Görüş səmimi və işgüzar şəraitdə keçib.

Energetiklər qəsəbəsində sakinlərlə növbəti görüş

Bu dəfə qəsəbənin Naxçıvan 42,Yadigar Mansurov 11,15,13 və 9 ünvanlarında yaşayan sakinlərlə görüş keçirilib. Burda da nümunəvi məhəllə yaradılıb, həyətdə uşaq əyləncə mərkəzi quraşdırılıb, binaların dam örtükləri dəyişdirilib, dəhlizlərdə və xeyir-şər mağarlarında təmir-bərpa işləri aparılıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  görüşdə vurğulayıb ki, prezidentin tövsiyə və tapşırıqları əsasında indiyə qədər  ayrı-ayrı məhəllələrdə bir […]

Bakıda Sahibkar xanımlar üçün təcrübə klinikası keçirilib

Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin  dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində fevralın əvvəllərində Azercell şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub. Təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və s. barədə məlumat əldə […]