Browsing monthly archive

Yanvar 2019

Bələdiyyə ictimaiyyətə hesabatını açıqladı

Yanvarın 14-də Mingəçevir Bələdiyyəsinin 2018-ci ildəki fəaliyyəti barədə hesabatı dinlənilib. Bələdiyyə sədri Coşqun Abdullayev ictimaiyyət nümayəndələrinə bələdiyyə iclasları, ərizə və müraciətlər, büdcə gəlirləri xə xərcləri, görülmüş işlər, xidmətlər və tədbirlər, mülki dövriyəyə cəlb olunan torpaq sahələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib (hesabat alavə olunur). Əmək veteranı Fazil Niftəliyev şəhərdə TV və radio […]

“Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə 14 yanvar 2019-cu il tarixində “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. Layihənin açılışında çıxış edən layihə rəhbəri T. Əlibəyli asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclərin zamanlarını faydalı qrup, səhifələrdən istifadə etməklə daha geniş […]

“Beyin Oyunları” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Beyin Oyunları” layihəsinin ilk yarışı keçirilib. Baş tutan layihədə Mingəçevir, Ağdaş şəhərlərində yaşayan, təhsil alan, öz bilik və bacarıqlarına güvənən tələbələr, məktəblilər, həmçinin müəllimlər iştirak edib. Layihə rəhbəri Vüsal Əliyev gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektivləşməyə, kollektiv oyunlara […]

Azərbaycanda ilk dekor üzrə ixtisaslaşmış sayt fəaliyyətə başladı

14 yanvar 2019-cu il tarixində Azərbaycanda ev və ofis dekoru üzrə ixtisaslaşmış www.artdekor.az  vebsaytı fəaliyyətə başlayıb. Sayt müştərilərin interyerlərinə uyğun hazır və məxsusi hazırlanmış məhsulların satışını həyata keçirir. Şirkət saytın ziyarətçilərinə müxtəlif kateqoriyada məhsullar təqdim edir. Premium art məhsulları dünyaca məşhur dizaynerlərin məhsullarının Azərbaycanda yüksək keyfiyyətli istehsal versiyalarından ibarətdir. Əsasən Paslanmaz polad, qızıl boya və […]

“Mingəçevir Gənclərinin Natiqlik Forumu” çərçivəsində ilk təlimlər baş tutdu

Yanvarın 8-9-da 10 nömrəli orta məktəbdə 150-dən çox şagirdin, məktəb psixoloqları, direktor müavinləri, uşaq birliklərinin rəhbərləri və KİV nümayəndələrinin iştirakilə  “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təlimləri aparılıb. Təlimçi Samir Şükürov ritorika, auditoriya mədəniyyəti və auditoriyanın idarə olunması, peşakar natiq bacarıqları, risklərin nəzərə alınması, bədən dili, nitqin hiss olunması barədə bilgilərini auditoriyaya çatdırıb və sualları cavablandırıb. Azərbaycan Respublikası Gənclər […]

“Region könüllülərinin kariyera məktəbi”ndən xəbər var

8 yanvar 2019-cu ildə  tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region könüllülərinin kariyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi baş tutub. Layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın perspektivlərini onların diqqətinə çatdırıb. Regionlarda yaşayan gənclərin könüllü fəaliyyəti haqqında məlumatlarının azlığının günümüzün  əsas problemlərindən biri olduğunu, layihə nəticəsində bu problemin […]

İlham İsmayilov ilk səyyar görüşünü keçirdi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq, Mingəçevir  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilin əvvəlindən yaşayış məhəllələrində sakinlərlə səyyar görüşlərə başlayıb. İlk görüş yanvarın 9-da Üzeyir Hacıbəyov küçəsindəki 78 və 80, Müslüm Maqomayev küçəsindəki 79 və 81,  Rəsul Rza küçəsindəki 23 saylı binaların həyətində yerləşən stadionda baş tutub. Məhəllə sakinləri ilə yanaşı idarə, müəssisə və […]

Oğullar əsgər gedir

Yanvarın 7-də Mingəçevirdə, Heydər Əliyev Mərkəzinin qarşısında çağırışçıların hərbi xidmətə yola salınmasıyla bağlı təntənəli mərasim keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şöbəsinin rəisi Şirvan Xasıyev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildiriblər ki, 100 yaşlı Azərbaycan ordusu növbəti müstəqillik illərində yenidən qurulub və hazırda ölkəni və onun təhlükəsizliyini yüksək səviyyədə […]

14 saylı məktəb əsaslı təmirdən sonra qapılarını açdı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbə baxış keçiriblər Mingəçevirdə əsaslı təmirdən sonra 14 nömrəli məktəb şagird və müəllimlərin istifadəsinə verilb. Yanvarın 4-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbə baxış keçiriblər. Onlar müasir standartlara cavab verən müxtəlif fənn kabinetlərinə, laboratoriyalara, idman və akt zallarına, […]

14 saylı məktəb əsaslı təmirdən sonra qapılarını açdı

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbə baxış keçiriblər Mingəçevirdə əsaslı təmirdən sonra 14 nömrəli məktəb şagird və müəllimlərin istifadəsinə verilb. Yanvarın 4-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər ictimayyətinin nümayəndələri məktəbə baxış keçiriblər. Onlar müasir standartlara cavab verən müxtəlif fənn kabinetlərinə, laboratoriyalara, idman və akt zallarına, […]