Browsing monthly archive

Yanvar 2019

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Mingəçevir Dövlət Universitetində elmi-nəzəri konfrans keçirilib

Yanvarın 19-da Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib. Konfransda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mingəçevir Dövlət Universitetin rektor Akif Hacıyev 20 Yanvar faciəsinin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktının insanlığa qarşı törədilmiş ən ağır […]

Poçtalyon qadın:”indi insanlar daha çox məhkəmələrdən məktub alır”.

Poçtalyon qadın:”indi insanlar daha çox məhkəmələrdən məktub alır”. 59 yaşı var gün ərzində 10-15, 1 aya 250-300 km-dən çox  piyada yol qət edir. Mingəçevirdə yaşayan Zərinə Həbibova qadınların az-az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldu.16 ildir qar,yağış,isti demədən ona verilən ərazini gəzib məktub paylayır. Xanım poçtalyon yaşının bu çağında hələ yorğunluq hiss etmir. O, hər […]

Mingəçevir teatrında 20 Yanvar faciəsi anıldı

Biz öyrəndik təqvimlərə… Ona uyğun bayramları, faciə günlərini qeyd etməyə. Sevincimizi, kədərimizi təqvimin cırılıb atılan vərəqləri kimi unutmağı da öyrəndik. Dərdin ağırlığını çəkənlər isə ovunmadı, sakitləşmədi yurd həsrəti, şəhid nisgilinə. İçində fəryad edən analar, atalar, uşaqlar, sevgililər gecələr xısın-xısın ağladılar. Göz yaşları islatdı balışlarını. Vaxtsız dən saldı saçlarına əzizinin yoxluğu… 26 il də əzab verə-verə […]

Şəhidlər yad olundu

Yanvarın 20-də səhər saatlarından mingəçevirlilər qanlı yanvar faciəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəliblər. Anım mərasimi şəhidlərin ruhlarına dualar oxunmasıyla başlanıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə çıxış edərək, müdhiş gecədə rus ordusunun qabağına əliyalın çıxan və  canları bahasına ölkəmizin müstəqilliyini qorumağa çalışan oğul və qızlarımızı fəxarətlə yad edib: “20 Yanvar qürur və mübarizə […]

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir

MDU-nun Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyevin verdiyi məlumata görə, yanvarın 3-dən Mingəçevir Dövlət Universitetində  imtahan sessiyası başlayıb. Bakalavr təhsil pilləsində (əyani və qiyabi) 24 ixtisas üzrə təhsil alan 1856 tələbə və magistr təhsil pilləsində 12 ixtisas üzrə təhsil alan 70 magistrant tədris planına uyğun olaraq, imtahan verirlər. İmtahanların aparılmasında, nizam-intizama və eləcədə onun gedişinə nəzarət […]

Mingəçevirdə yanan məktəbdə şagirdlər donur

Bir neçə gün bundan öncə Mingəçevirdəki şəhid Noel Ahəngəri adına 13 nömrəli  tam orta məktəbdə elektirik naqillərində yüklənmələr çox olduğuna görə  qısaqapanma nəticəsində yanğın baş vermişdi. Yanğından sonra məktəbin enerji  xətlərində yaranan nasazlığa görə sinif otaqlarında elektriklə işləyən istilik qızdırıcılarından istifadə etmək qadağan olunub.  İstilik səbəbindən normal dərs keçmək mümkün olmadığı üçün valideynlər uşaqlarını məktəbə […]

Keçmiş polis mayorunun əl işləri görənləri təəccübləndirir

Sovet dönəmində 30 il Rusiyada yaşayan, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Azərbaycanın bir sıra rayonlarda hüquq mühafizə orqanlarında çalışan və xidməti vəzifəsini polis mayoru rütbəsi ilə başa vuran şair Bəhman Gülövşəlinin dekorativ tətbiqi sənət növü üzrə  60 –a yaxın sənət əsəri görənləri təəccübləndirir. Bu günlərdə Mingəçevir  Rəsm Qalareyasında onun fərdi sərgisi açılıb. Yevlax rayonunun […]

15 kiloqrama yaxın çəkisi, fərqli gönüşü olan nəhəng heyvan sümüyü tapılıb

Mingəçevirdə yaşayan Allahverdi Əliyev uzun illərdir ki, saxladığı sümüyün dinozavra məxsus olduğunu iddia edir. 80 yaşlı kişi nəhəng canılının oma sümüyünü övladının Mingəçevir su anbarının köhnə Öcək  kəndi ərazisindən tapdığını bildirir. Mingəçevir sakini tapıntının ilk əvvəl fil sümüyü olduğunu, amma laboratoriya cavabından sonra dinozavrın oma sümüyü olduğunun təsdiqni tapdığını deyir. Mingəçevir kəndinin sakini olan Allahverid […]

Mingəçevirdə 20 yanvar şəhidlərinin xatirəsinə sərgi həsr olunub

Mingəçevir Dövlət Rəsm Qalareyasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilən sərginin açılışı olub. Məktəbli və gənclərin əl işlərindən ibarət sərgi ilə İcra Hakimiyyəti və ictimayyət nümayəndələri, müəllim və şagirdlər məktəblilər yanvarın 16-da tanış olublar. Rəsm Qalareyasının   müdiri Böyükkişi Adilbəyli 20 yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi barədə qısa məlumat verib. Daha sonra İcra Hakimiyyəti başçısı […]

Mətbuat Şurasında bir neçə jurnal və qəzetlərə qarşı şikayətlər araşdırıldı

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA”  jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol vermiş, şəxsi […]