Mingəçevir teatrında 20 Yanvar faciəsi anıldı
Biz öyrəndik təqvimlərə… Ona uyğun bayramları, faciə günlərini qeyd etməyə. Sevincimizi, kədərimizi təqvimin cırılıb atılan vərəqləri kimi unutmağı da öyrəndik. Dərdin ağırlığını çəkənlər isə ovunmadı, sakitləşmədi yurd həsrəti, şəhid nisgilinə. İçində fəryad edən analar, atalar, uşaqlar, sevgililər gecələr xısın-xısın ağladılar. Göz yaşları islatdı balışlarını. Vaxtsız dən saldı saçlarına əzizinin yoxluğu… 26 il də əzab verə-verə […]