Browsing daily archive

Yanvar 15, 2019

Mətbuat Şurasında bir neçə jurnal və qəzetlərə qarşı şikayətlər araşdırıldı

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Xəzər rayonu, Binə Bələdiyyəsinin sədri H.Həmidovun “ARAMA”  jurnalına qarşı şikayətini nəzərdən keçirən komissiya üzvləri müəyyən ediblər ki, özünü “ARAMA” jurnalının əməkdaşları kimi qələmə verən şəxslər davranışlarında sui-istifadə hallarına yol vermiş, şəxsi […]

Bələdiyyə ictimaiyyətə hesabatını açıqladı

Yanvarın 14-də Mingəçevir Bələdiyyəsinin 2018-ci ildəki fəaliyyəti barədə hesabatı dinlənilib. Bələdiyyə sədri Coşqun Abdullayev ictimaiyyət nümayəndələrinə bələdiyyə iclasları, ərizə və müraciətlər, büdcə gəlirləri xə xərcləri, görülmüş işlər, xidmətlər və tədbirlər, mülki dövriyəyə cəlb olunan torpaq sahələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib (hesabat alavə olunur). Əmək veteranı Fazil Niftəliyev şəhərdə TV və radio […]

“Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə 14 yanvar 2019-cu il tarixində “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. Layihənin açılışında çıxış edən layihə rəhbəri T. Əlibəyli asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclərin zamanlarını faydalı qrup, səhifələrdən istifadə etməklə daha geniş […]

“Beyin Oyunları” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Beyin Oyunları” layihəsinin ilk yarışı keçirilib. Baş tutan layihədə Mingəçevir, Ağdaş şəhərlərində yaşayan, təhsil alan, öz bilik və bacarıqlarına güvənən tələbələr, məktəblilər, həmçinin müəllimlər iştirak edib. Layihə rəhbəri Vüsal Əliyev gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində, kollektivləşməyə, kollektiv oyunlara […]

Azərbaycanda ilk dekor üzrə ixtisaslaşmış sayt fəaliyyətə başladı

14 yanvar 2019-cu il tarixində Azərbaycanda ev və ofis dekoru üzrə ixtisaslaşmış www.artdekor.az  vebsaytı fəaliyyətə başlayıb. Sayt müştərilərin interyerlərinə uyğun hazır və məxsusi hazırlanmış məhsulların satışını həyata keçirir. Şirkət saytın ziyarətçilərinə müxtəlif kateqoriyada məhsullar təqdim edir. Premium art məhsulları dünyaca məşhur dizaynerlərin məhsullarının Azərbaycanda yüksək keyfiyyətli istehsal versiyalarından ibarətdir. Əsasən Paslanmaz polad, qızıl boya və […]