Browsing monthly archive

Dekabr 2018

İ.İsmayılov: “Yuxarı siniflərdə dərslərin davamiyyəti ciddi nəzarətdə saxlanılmalıdır”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 22-də təhsil işçiləri ilə görüşüb. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov ölkəmizdə, eləcə də Mingəçevirdə təhsilə göstərilən qayğıdan danışıb, eyni zamanda hələ də şəhərdə 8 məktəbin  təmirsiz qaldığına diqqəti yönəldib: “Bu məsələnin Təhsil Nazirliyinin diqqətinə çatdırlması vacibdir”. . 8 və 10 saylı uşaq bagçalarının müdirləri Svetlana Məcidova və Natəvan […]

İcra Hakimiyyəti başçısı şəhərin gəncləri ilə görüşüb

Mingəçevir şəhərinin yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun dekabrın 21-də Gənclər Evində gənclərlə görüşüb. Görüşdə şəhərin ictimai-siyasi və sosial-mədəni həyatında faəllıqları ilə seçilən yüzə yaxın gənc iştirak edib. Azərbaycan Prezidentinin apardığı gənclər siyasətinin əhəmiyyətindən söz açan İlham İsmayılov Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının təmin edilməsi üçün ölkə başçısının xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Səmimi […]

“Şəhərdaxili nəqliyyatın hərəkəti tənzimlənməlidir”

Bu sözləri dekabrın 21-də xidmət idarələrinin rəhbərləri ilə görüş zamanı Mingəçevir  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib. O, əlavə edib ki, bazar ətrafında nəqliyyatın hərəkət vəziyyəti bərbad haldadır: “Şəhərin taksi xidməti, 8 saylı xətt  üzrə hərəkət edən marşurutları həm ekologiyaya, həm də yol infrastrukturuna ziyan vururlar. Nəqliyyat, ekologiya, yol polisi idarələrinin rəhbərlərinə göstəriş verirəm […]

İlham İsmayılov: ”Prezident dedi ki, bu şəhərə xüsusi diqqət və qayğısı var”

Mingəçevirə yeni təyin edilən İcra Hakimiyyəti başçısı İlham İsmayılov ilk olaraq şəhərin ağsaqqalları ilə görüşüb. Başçı ağsaqqalları salamlayıb, vaxt ayırıb görüşə gəldikləri üçün onlara təşəkkürlərini çatdırıb: “Məqsədim Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sizi dinləmək, şəhərdəki problemlər və həlli istiqamətində fikirlərinizi öyrənməkdir. Ən əsası isə bu günlərdə Prezidentin qəbulunda olanda onun sizlərə ünvanladığı […]

Mingəçevirdə nümunəvi məhələlərin sayı artır

Bir müddətdir ki, şəhərimizin yaşayış massivlərində nümunəvi məhəllələrin yaradılmasına başlanıb. Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin (MTAM) rəisi Qürbət Məmmədovun müxbirimizə verdiyi məlumata görə, gələn ilin əvvəlində şəhərimizdəki çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi prosesi tamamilə başa çatdırılacaq: “Hazırda cəmi 22 bina qalıb. Bu ilin sonunadək 4 binanın dam örtüyü də təzələnccək. Qalan 18 binada isə işi […]

Vergi Məcəlləsinə dəyişikliklər özəl sektorun inkişafına əhəmiyyətli təsir göstərəcək

Vergi Məcəlləsinə edilmiş  və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minən əlavə və dəyişikliklərlə bağlı 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru, baş vergi xidməti müşaviri Qüdrət Məmmədov qəzetimizə müsahibə verib. Q.Məmmədov öz açiqlamasinda Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının […]

“Region Gənclərinin Sahibkarlıq Məktəbi” layihəsinə başlanıb

18 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi “Region gənclərinin sahibkarlıq məktəbi” layihəsinin təlimlərinə başlayıb. “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin ev sahibliyi ilə həyata keçirilən layihədə Mingəçevirdə yaşayan və şəhərin  ali, orta-ixtisas təhsili müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimin ilk günündə “İşıqlı Gələcək” GİB-in  […]

İlham İsmayılov şəhər ictimaiyyətinə təqdim olundu

Dekabrın 18-də  Mingəçevir Şəhər İcra Hakimiyyətinin yeni başçısı şəhər ictimaiyyətinə təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycan   Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev   bildirib ki, dekabrın 17-də ölkə başçısı İlham Əliyev İlham Mehdixan oğlu İsmayılovun Mingəçevirə İcra Hakimiyyəti başçısı təyin olunmasıyla bağlı sərəncam imzalayıb:  “Bildiyiniz kimi, Niyazi Bayramov avqust ayının 28-dən Gəncə […]

İlham İsmayılov şəhər ictimaiyyətinə təqdim olundu

Dekabrın 18-də  Mingəçevir Şəhər İcra Hakimiyyətinin yeni başçısı şəhər ictimaiyyətinə təqdim olunub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Azərbaycan   Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev   bildirib ki, dekabrın 17-də ölkə başçısı İlham Əliyev İlham Mehdixan oğlu İsmayılovun Mingəçevirə İcra Hakimiyyəti başçısı təyin olunmasıyla bağlı sərəncam imzalayıb:  “Bildiyiniz kimi, Niyazi Bayramov avqust ayının 28-dən Gəncə […]

Mingəçevirdə 25 il öncə istifadəyə verilən 5 mərtəbəli binanın üzərinə vurulan daşlar tökülür

Mingəçevirin sağ sahil hissəsində,  Züleyxa Həsənova küçəsindəki 2 saylı binada 60 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, yağış ardından külək olduqda və günün müxtəlif saatlarında binanın fasad hissəsindəki daşlar hündürlükdən səs-küylə yerə düşərək, insanları qorxuya salır. Ağırlığı 10 kiloqrama yaxın olan daşlar hər an bədbəxt hadisəyə yol aça bilər. Bu səbəbdən bina sakinlər avtomobillərini öz həyətlərində […]