Mingəçevirdə 25 il öncə istifadəyə verilən 5 mərtəbəli binanın üzərinə vurulan daşlar tökülür
Mingəçevirin sağ sahil hissəsində, Züleyxa Həsənova küçəsindəki 2 saylı binada 60 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, yağış ardından külək olduqda və günün müxtəlif saatlarında binanın fasad hissəsindəki daşlar hündürlükdən səs-küylə yerə düşərək, insanları qorxuya salır. Ağırlığı 10 kiloqrama yaxın olan daşlar hər an bədbəxt hadisəyə yol aça bilər. Bu səbəbdən bina sakinlər avtomobillərini öz həyətlərində […]