Browsing monthly archive

Dekabr 2018

Mingəçevir bayram ovqatı yaşayır

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Milli lider Heydər Əliyev-dünya azərbaycanlılarını birləşdirən dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Təqdim olunan sənədli filmdə Azərbaycanın keçdiyi inkişaf yolu ilə yanaşı soydaşlarımızın bir araya gəlməsi uğrunda ulu öndər Heydər Əliyevin səyləri, həyata keçirdiyi işlərlə bağlı kadrlar nümayiş olunub. Nəzərə […]

Mingəçevir Turizm Kollecinin kollektivi rəngarəng bayram şənliyi keçirib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  “Ağsaray” otelində bir araya  gələn Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbə fəalları  əlamətdar təqvimləri coşqu içində bayram edib.  Bayram süfrəsi arxasında  saatlar ərzində şux mahnı və rəqslərin müşayəti altında şənlənən kollektiv  unudulmaz anlar yaşayıb.Yeni ilin rəmzləri olan Şaxta baba və Qar qızın iştirakı tədbirə  rəng […]

Narkomaniyaya qarşı profilaktik görüş

Dekabrın 25-də Mingəçevirdə “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda proflaktiki görüş keçirilib.  Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev müasir dünyamız üçün çox vacib bir məsələ üzrə tədbirin şəhərimizdə keçirilməsinə qərar verdiyi üçün Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova və işçi qurupuna minnətdarlığını […]

Şagirdlər üçün natiqlik təlimləri təşkil ediləcək

Dekabrın 28-də   “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin təqdimat mərasimi keçirilib. Layihə rəhbəri Etiram Sadıqzadə bildirib ki, 3 ay davam edəcək  layihə çərçivəsində şəhərin orta məktəblərində natiqlik təlimləri təşkil ediləcək, Milli Debat  Proqramı çərçivəsində, Karl Popper formatında debat təlimləri və  Debat Forumu keçiriləcək: “Layihənin davamlılığını təmin etmək məqsədi ilə bu layihəni uğurla başa vuran, xüsusi […]

Başçı uşaqlara bayram hədiyyəsi gətirmişdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 28-də şəhərdəki Uşaq Nevroloji Sanatoriyasına baş çəkib, burada müalicə olunan uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. İcbari Tibbi Sığortanın Mingəçevirdə tətbiqindən sonra sanatoriyada yaradılan şəraitdən, uşaqlara göstərilən xidmətdən və Prezidentin bu qəbilədən olan uşaqlara göstərdiyi dövlət qayğısından danışan başçı uşaqlara […]

Mingəçevir Bələdiyyəsinin sakinlərə Yeni il hədiyyəsi

Yeni il ərəfəsində Mingəçevir Bələdiyyəsi “Nərimanov” məhəllə komitəsinin ərazisində (N.Nərimanov prospektindəki 39, 41, 43 və 45 saylı binaları əhatə edir) yaşayan sakinlərə bayram hədiyyəsi olaraq, “Nümunəvi məhəllə”ni təhvil verib. Sakinlərin istirahət yeri kimi nəzərdə tutulmuş sahənin kənarlarına 60 ədəd şam və küknar ağacları əkilib. Uşaqların əylənməsi üçün iki ədəd sürüşkən, iki ədəd yellənçək, müxtəlif növ […]

İcra Hakimiyyəti başçısı: “Heç kim sahibkarlara süni maneə yarada bilməz”

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dekabrın 25-də sahibkarlarla görüşüb. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrindən danışan başçı qeyd edib ki, bütün bunlar hesabına saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri və yeni iş yerləri açılıb. Başçının sözlərinə görə, sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandırıb: “Biz şəhərdə turizm […]

Şəhid ailələri problemlərini başçıya çatdırdılar

Dekabrın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyətində İH başçısı İlham İsmayılov şəhid ailələrini qəbul edib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Mingəçevir filialının sədri Nizami Təhməzov və şəhid ailələrinin nümayəndələri şəhid ailələrini narahat edən problemlərdən  danışıblar. Onlar mənzil qeydiyyatına durmaqda, övladları üçün iş yeri tapmaqda çətinlik çəkdiklərini də gizlətməyiblər. Onları dinləyən İcra […]

MDU-ya başçılıq edən Akif Hacıyev “İlin rektoru” seçilib

İCMAL.az Analitik Təhlil Mərkəzi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə “İlin rektoru” və “İlin Ali məktəbi” nominasiyaları üzrə sorğuya yekun vurub. “İlin rektoru” nominasiyasının bu dəfəki qalibi Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev olub. Dekabrın 24-də MDU-da mükafatın təqdimetmə mərasimi keçirilib. Universitetin Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tədbiri açaraq bildirib ki, bugünkü mərasim çox […]

Mingəçevir Bələdiyyəsinin 2019-cu il üçün proqnoz gəlir və xərcləri təsdiq olundu

«Büdcə sistemi haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunlarını əsas tutaraq, Mingəçevir Bələdiyyəsinin 24 dekabr 2018-ci il tarixli, 14 saylı iclasının 14/1 saylı Qərarı ilə 2019-cu il üçün proqnoz gəlir və xərcləri aşağıdakı kimi təsdiq olunmuşdur. Həmin Qərarı ictimaiyyətin nəzərinə çatdırırıq. Gəlirlərin mənbəyi aşağıdakı kimi nəzərdə tutulub: Fiziki şəxslərdən torpaq vergisi 11500 […]