Browsing monthly archive

Noyabr 2018

“Mavi Röya”da peyğəmbərin mövludundan və əxlaqından danışıldı

Sonuncu peyğəmbərin dünyaya gəlişindən əvvəl və sonra milyardlarla insan anadan olub və vəfat edib. Amma peyğəmbərin mövludu tam fərqli bir hadisədir. Böyük Yaradanın insanlara son elçisini göndərməsi ilə bəşərin ən yeni tarixinin yazılmasına başlanıb. Adəm, Nuh, İbrahim, Musa, İsa kimi peyğəmbərlərin misilsiz zəhməti və səyi ilə yetişən din Məhəmməd (s.a.v.) tərəfindən cilalanaraq, Adəm övladlarına çatdırılıb. […]

Doktorant və gənc tədqiqatçıların XXII respublika elmi konfransına MDU-nun 11 əməkdaşı qatılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII respublika elmi konfransının açılış mərasimi keçirilib. İki gün davam edən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Konfransda ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransın gənc alimlərin elmi fəaliyyətinə təkan verəcəyini […]

“Qarabağ” komandası “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2018”in qalibi oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və onların yerli qurumlarının birgə təşkilatçılğı ilə “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2018” uğurla yekunlaşıb. Ötən forumlardan fəqli olaraq bu dəfə Mingəçevirlə yanaşı Ağdaş və Yevlaxdan  olan gənclər də qüvvələrini sınayıblar. Forumun ilk günü finala qədər olan mərhələlər yekunlaşıb. Yarımfinalda MDU-nun “Qarabağ” “Bermud”, […]

Gözlə məni…

Həyat çox qəribəymiş. Xoş günlərimdə mənə bəd sürprizlər hədiyyə etdi. Gözləmədiyin halda əvvəl atamı aldı, üç il sonra səni… İndi sən mənimçün göydəki ulduzlar qədər uzaqsan. Gözlərimdə xəyalını görürəm, sifətimdə nəfəsini hiss edirəm, amma əlim çatmır, ünüm yetmir, göz yaşlarımı silə bilmirsən. Sənə çatmağıma nə qədər yol qət etməliyəm hələ, bilmirəm. Hər şeyi sıfırdan başlamağa […]

Ali məktəb nümayəndələri və sahibkarların birgə elmi seminarı

Mingəçevir Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsində “Kiçik və orta sahibkarlıq subyektlərinin müasir biznes bacarıqlarının və biliklərinin təkmilləşdirilməsi” mövzusunda (Strateji Yol Xəritəsi kontekstində) elmi seminar keçirilib. Universitetin elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov seminarın məramı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın diversifikasiyası, rəqabətqabiliyyətliliyinin artırılması, məşğulluğun […]

Nizamlı, Təhlükəsiz və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt Sənədi müzakirə olundu

Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi  və Dövlət Miqrasiya Xidməti  dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti qurumlarının iştirakilə 21 noyabr 2018-ci il tarixində Nizamlı, Təhükəsiz və Tənzimlənən Miqrasiya üzrə Qlobal Kompakt Sənədinin Yekun Müzakirəsini təşkil edib. Bildirilib ki, BMqT, başda Dövlət Miqrasiya Xidməti olmaqla Azərbaycan hökumətinə 2019-2024-cü illər üzrə Azərbaycanın […]

Qəzetimizin əməkdaşı beynəlxalq  jurnalist müsabiqəsində ölkə birincisi oldu

Gender problemini həllində medianın rolunun artırılmasıyla bağlı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  sentyabrın 10-dan oktyabrın sonunadək keçirdiyi müsabiqənin nəticələri bu gün bəlli olub. Münsiflərin qərarından sonra 1-ci yerə Yeganə Nəbiyeva (http://mi-news.az/gender-probleminin-h%C9%99llind%C9%99-medianin-rolu-artirilmalidir-2/ ) və Nəzirə Nurullayeva (“Gender balans” təmin edilərsə, dünya nə qazanacaq? –), 2-c yerə Fərqanə Vəkilova ( http://businessinsider.az/az/news/id-1267?fbclid=IwAR1Bc7yeurnG2H1_nXAK1gQ_rbZyiIZ74ZZFO53mGn-bmZF4bh13A6PsLWg)Ş 3-cü yerə Rufik İsmayilov  ( http://kaspi.az/az/gender-beraberliyinin-formalasmasinda-medianin-maariflendirici-rolu-fotolar/ ) layiq görülüblər. Eyni bal […]

Görüş vaxtını və yerini dəyişsək də…

Noyabrın 16-nı çoxdan gözləyirdik. Məktəbə gedəcəyi günü gözləyən altı yaşlı uşaq  kimi. Yaşımızın indiki çağında daha səbirsiz və kövrək olmağımız təbii haldır. Biz 32 il qabaq universitetin jurnalistika fakültəsini bitirəndə qərara aldıq ki, hər il mayın 5-də (o zamanlar mətbuatın bayramı “Pravda” qəzetinin yarandığı həmin gündə keçirilirdi) Sabir bağında yığışaq. İndiki İstiqlaliyyət (keçmiş Kommunist) küçəsində […]

01 oktyabr 2018-ci il vəziyyətinə Mingəçevir şəhəri üzrə təsərrüfat subyektlərinin xarakteristikası.

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət proqramı (2014-2018-ci illər)” haqqında qəbul edilmiş qərarlardan keçən vaxt ərzində ölkədə və eləcə də Mingəçevirdə dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və azad rəqabət mühitinin formalaşmasını bir qədər də sürətləndirmiş və bu proseslər fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə […]

2018-ci ilin 9 ayı ərzində Mingəçevirdə dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri kommunal xidmətlər.

İlkin hesablamalara görə 2018-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 5314,0 min kVt.saat elektrik enerjisi, 1327,8 Qkalori istilik enerjisi, 488,0 min kub m. təbii qaz, 165,2 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 28,6 faiz, istilik […]