Cəbhədə azərbaycanlı minaya düşdü
Tərtər rayonunda minaya düşən Azad Həsənov reanimasiyadadır. Bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, Azadın vəziyyəti orta-ağır olaraq qalır: “Hazırda nəzarət altındadır. Müalicəsi reanimasiyada davam etdirilir”. 11 oktyabr, 15:11 Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb. Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Nəticədə 1986-cı il təvəllüdlü Azad […]