Browsing monthly archive

Oktyabr 2018

“Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu başlandı

 “Sosial Sahibkarlıq Laboratoriyası”na iştirakçı qəbulu başlandı   “Education HUB”  Bərdə və Mingəçevir şəhərlərində yaşayan 18-29 yaşlı gənc xanımlar üçün “Sosial Sahibkarlıq Laboratoriyası” (SSL) mövzusunda təlimlər keçirəcək. “Sosial Sahibkarlıq Laboratoriyası”nın əsas məqsədi gənc qadınlar arasında sahibkarlıq biliklərini inkişaf etdirmək, kiçik biznes vasitəsilə qadınların icmada fəallığını artırmaq, biznesdə sosial komponentin tətbiqini və habelə regionlarda qadın sahibkarlığını təşviq […]

“Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Azərbaycan” İstilik Elektrik Stansiyasında […]

 Əfqanıstan  veteranlarının  məktəbə növbəti gəlişi

Şəhid İlqar Kişiyev adına 17 saylı məktəbdə  Əfqanıstan Veteranları İttifaqı Mingəçevir şöbəsinin üzvləri  ilə  şagirdlərin görüşü olub.  Şöbənin sədri Elşən İbrahimli ölkə rəhbərliyinin veteranlara diqqət və qayğısından, rəhbərlik etdiyi təşkilatın  gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması istiqamətində gördüyü işlərdən və veteranların döyüş yolundan söz açıb: “25 dekabr 1979-cu ildən 15 fevral 1989-cu ilədək SSRİ-nin 40-cı ordusu […]

Gender probleminin həllində medianın rolu artırılmalıdır

Əgər qadınların hüquqlarının müdafiəsinin birinci şərti onların təhsilidirsə, ikinci şərti maliyyə müstəqilliyidir Qərəzli xəbər qadını  qurbana çevirdi Fəridlə Nazlı Gəncə Dövlət Universitetində təhsil alarkən bir-birini tanımışdılar, ailələrinin razılığı ilə də evlənmişdilər. Nazlı hazırlıq kursunda xarici dili tədris edirdi. Fərid də kompüter mütəxəssisi kimi müəssisələrin birində çalışırdı. Nazlı sonradan öyrəndi ki, xalası Fəridi qızı Sona ilə […]

MTK-nın tələbələri Mingəçevirin yubileyini necə qarşılayırlar?

  Mingəçevir Turizm Kollecində şəhərin 70 illik yubileyi ilə bağlı rəngarəng tədbirlər keçirilir. Yubiley tədbirlərinə oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ilə start verilib. Ekskursiyada “Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrupunun tələbələri iştirak edib. Ekskursiyanın təşkilatçısı tarix müəllimi Eldar Dərişov ekskursantları mərkəzdə Mingəçevir şəhərindəki quruculuq işlərinə həsr olunmuş stendlərlə tanış edib. Eləcə də […]

Müstəqilliyi qorumaq üçün zaman-zaman şəhid vermişik

Mingəçevir Məscidinin Dini İcması Mingəçevir Media Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətin 100-cü ildönümü ilə bağlı gənclərlə ictimaiyyət nümayəndələrinin görüşünü təşkil edib. Bakı İslam Universitetinin məzunu Pünhan Hüseynov diqqətə çatdırıb ki, xalqımız Azərbaycanın müstəqilliyini qorumaq üçün zaman-zaman şəhid verib: “Aprel düyüşlərində də igid əsgərlərimiz əllərindən gələni etdilər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçdilər”. Mingəçevir Dövlət Universitetinin baş […]

Məcburi köçkünlərin yaşadığı bina yanıb

Hadisə şəhərin Samux küçəsindəki  17 saylı ünvanda,  Sürücülük məktəbinin binasında enerji qapanması səbəbindən baş verib. Orada 25 ildir ki, 20 köçkün ailəsi məskunlaşıb. Köçkün  Vidadi Vəliyevin  bildirdiyinə görə, səhər saatlarında  işıq sayğaclarının yandığının şahidi olub:  “Nə qədər çalışdımsa, söndürə bilmədim. Məcbur olub su tökdük…” Yanğın zamanı yaranan tüstü 10 nəfərin səhhətində problemlər yaradıb.  Bir neçə […]

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün seminar

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün seminar keçirilib. Təhsil Nazirliyi yanında “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda danışan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili vurğulayıb ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustası diaqnostik […]

Mingəçevirlilər  Azərbaycanın ilk Milli Turizm Sammitində iştirak edib

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun  təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutan  Milli  Turizm Sammintində turizm sənayesi üçün ixtisaslı kadr hazlığını həyata keçirən Mingəçevir Turizm Kollecinin nümayəndə heyəti də yer alıb. Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun sözlərinə görə, Azərbaycanın yeni turizm brendinin təqdimatı, “Azərbaycan turizm strategiyası 2023” ilə […]

Stadionda idman bayramı

Oktyabrın 26-da Yaşar Məmmədzadə adına Mingəçevir stadionunda idman bayramı keçirilib. Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevirin 70 illiyinə həsr olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra İH başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov çıxış edib. O, qədim Mingəçevirin müasir şəhər statusu almasının 70 illiyinə […]