“Mingəçevir” qəzetinin kompüterləri oğurlanıb
Şəhərin M.F.Axundov küçəsində yerləşən “Mingəçevir” qəzetinin binasında oğurluq baş verib. Bu barədə qəzetin baş redaktoru Mirsədi Daşdəmirov açıqlama verib: “Səhər 8 radələrində xadimə zəng vurdu ki, binanın pəncərəsi sındırılıb. Dərhal iş yerinə gəldim, polisə məlumat verdim”. M.Daşdəmirovun dediyinə görə, qəzetə həm maddi, həm də mənəvi ziyan dəyib: “Hər biri 700 manat qiymətində olan iki kompüter […]