Browsing monthly archive

İyul 2018

İctimai nəqliyyatda qiymətlər artırıldı

Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin müraciətləri nəzərə alınınmaqla ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.  Belə ki, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün […]

Ölüm qoxulu xəbərlər

143 yaşlı gənc. Bu gün Azərbaycan mediasını belə də adlandırmaq olar. Dünya mediası ilə müqayisədə əlbət ki, Azərbaycan mətbuatı gənc görsənə bilər. Gənc deyəndə qeyri-ixtiyarı adamın ağlına təcrübəsiz, dünyagörüşsüz, özünü idarəetmədə bolluca səhvlərə yolvermələr gəlir. Amma Milli Mətbuatımızın yaranışından ötən 143 ilə nəzər salsaq, dünyanın inkişaf etmiş dövlətləri sırasında bir çox uğurlarımızla qürur duya biləcək […]

Avtomobilini çimərlikdəki dayanacaqda saxlayırsansa, 50 qəpik ödəməlisən

Aran bölgəsində günəşin isti şüalarından qurtulmaq üçün sakinlər daha çox Mingəçevirdəki çimərliklərə üz tutur. Ölkənin müxtəlif rayonlarından çimərliyə gələnlər də var. Suya girib sərinləmək istəyənlərdən isə əraziyə daxil olmazdan öncə hər avtomobil üçün 50 qəpik ödəniş tələb olunur. Bəziləri buna etiraz etsələr də, avtomobilin qorunması və təhlükəsizliyi üçün həmin məbləği könüllü ödəyənlər də az deyildi. […]

“İstərdim ki, düzü-düz, əyrini-əyri göstərəsiniz”

Azərbaycan Milli Mətbuatının 143-cü ildönümüylə əlaqədar iyulun 20-də Mingəçevirdə fəaliyyət göstərən yerli və bölgə KİV-lərinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə “Mingəçevir işıqları”, “Mingəçevir”, “Azərbaycan işıqları”, “Azərbaycan bələdiyyəsi”, “Azadlıq” qəzetləri, “Bənövşə” jurnalı və  “AZTV”-nin bölgə müxbirləri iştirak ediblər. İcra Hakimiyyəti aparatının məsul işçisi Sahib Əliyev media mənsublarına İH başçısı Niyazi Bayramovun  salamını çatdırıb.  Azərbaycan mətbuatının keşməkeşli […]

Mingəçevir Bələdiyyəsi yarımilliyin yekunu barədə hesabat verib

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq, Mingəçevir Bələdiyyəsi 2018-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabatını iyulun 20-də ictimaiyyətə açıqlayıb. Bələdiyyə üzvlərinin, şəhər İcra hakimiyyətinin, məhəllə komitələrinin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə bələdiyyənin sədri Coşqun Abdullayev çıxış edib (Məruzənin tam mətni dərc edilir). Məruzə ətrafında müzakirələrdə şəhər İcra […]

“Mingəçevir” qəzetinin kompüterləri oğurlanıb

Şəhərin M.F.Axundov küçəsində yerləşən “Mingəçevir” qəzetinin binasında oğurluq baş verib. Bu barədə qəzetin baş redaktoru Mirsədi Daşdəmirov açıqlama verib: “Səhər 8 radələrində xadimə zəng vurdu ki, binanın pəncərəsi sındırılıb. Dərhal iş yerinə gəldim,  polisə məlumat verdim”. M.Daşdəmirovun dediyinə görə, qəzetə həm maddi, həm də mənəvi ziyan dəyib: “Hər biri 700 manat qiymətində olan iki kompüter […]

GƏLİN İNSAN ALVERİNƏ BİRLİKDƏ “YOX” DEYƏK!

BMqT müvafiq fəaliyyəti çərçivəsində ötən illər olduğu kimi, bu il də İnsan alverinə qarşı Beynəlxalq Mübarizə Gününü Azərbaycan Hökuməti ilə birlikdə qeyd etməyi nəzərdə tutur və bu məqsədlə, maarifləndirmə xarakterli kampaniya çərçivəsində insan alveri ilə bağlı məlumatlılığın artırılması məqsədi daşıyan bukletlərin və plastik su şüşələrinin ölkənin müxtəlif yerlərində paylanılması planlaşdırılır.  30 iyul 2018-ci il tarixində […]

Gənclər üçün layihələndirmə təlimləri keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatı dəstəyi ilə keçirilən “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” adlı layihə çərçivəsində 24.06.2018 və 12.07.2018-ci il tarixlərində region gənclərinin iştirakı ilə layihələndirmə təlimləri aparılıb. “Mingəçevir Gənclər Evi” Sosial […]

“İnci” ilk müştərilərini qarşıladı

İyulun 15-də Kür çayının  üzərində yerləşən “İnci” restoranı fəaliyyətə başlayıb. “Agsaray” otelinin Yeyəcək və içəcək departamenyinin baş müdiri Zaur Allazovun sözlərinə görə, “İnci”  restoranı “Ağsaray” holdinqinə bağlı bir məkandır:  “Bu holdinqin tərkibində  turist agentliyi var,  Quba və  Xızıda “Cənnət bağları”,  Mingəçevirdə  “Ağsaray” oteli fəaliyyət göstərir”. Müsahibimiz diqqətə çatdırdı ki, müştərilərinə çoxsaylı yeməkləri təklif edən “İnci” […]

Azərbaycanın enerji sektorunda nə baş verir?

“Sistemin bir hissəsində qəza baş verən kimi avtomatika  bütün sistemi dayandırır” “İyulun 3-də gecə, 00.20 dəqiqədə baş verən hadisə elektrotexniki qəzadır. Artıq yüklənmə və hərarətin çox olması üzündən 330 kilovoltluq 1-ci Abşeron xəttinin cərəyan transformatoru sıradan çıxıb, içərisindəki min kiloqrama yaxın yağ ətrafa səpələnib, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq alışıb. İyulun 5-də  birinci, ikinci […]