Mingəçevir sakini məhkəmə binasında keçmiş arvadını alimentə görə öldürdü
Mingəçevir şəhərində kişi arvadını bıçaqlayaraq qətlə yetirib. Hadisə Mingəçevir Şəhər Məhkəməsinin içərisində, məhkəmə zalında olub. Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək, üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyyəsndən bıçaq xəsarətləri yetirib. […]