Browsing monthly archive

May 2018

70 yaşlı səyyahın növbəti veloturu

Mingəçevir sakini, 70 yaşlı təqaüdçü Abid İsmayılov artıq 5 ildir ki, velosipedlə  səyahət edir. Bu gün o, ənənəsinə sadiq qalaraq,  səhər saatlarından yola çıxıb. Vaxtilə pedaqoq işləyən Abid İsmayılov ötən il  3000 kilometr məsafəni 70 günə qət edib,  İran,Türkiyə, Rusiya, Naxçıvan , Gürcüstan, Krasnodar, Novorossiysk, Soçi  marşrutu üzrə səyahət edib. Zəruri vasitələri özü ilə götürən […]

Mingəçevir şəhərində dönərçini iş yerində elektrik cərəyanı vurdu

Hadisə şəhərin “Sahil parkı” ərazisində yerləşən “Baku” restoranında  qeydə alınıb. Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub. İlkin ehtimala görə, hadisə elektrik enerjisinə qoşulmuş dönər aparatının nasaz olması səbəbindən baş verib.  Anar Həsənlini dərrhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, […]

İqtisadiyyat Nazirliyinin məsul nümayəndəsinin fikrincə, dövlət çoxmənzilli binaların saxlanmasında bundan sonra da köməyini əsirgəməyəcək

“Dövlət fonduna məxsus olan mənzillər artıq insanların mülkiyyətinə verilib. Bu gün hər kəs başa düşməlidir ki, onlar binanın mənzilləri ilə bərabər  ümumi istifadədə olan hissələrinin (lift, pilləkan qəfəsləri, dam örtüyü, zirzəmi, həyət və s.) saxlanması üçün də  məsuliyyət daşıyır”.  Bu fikirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov Mingəçevirdəki N.Gəncəvi, “Türk […]

Azərbaycan Konqreslər Bürosu təşəkkür məktubu alıb

Avropanın mərkəzində yerləşən Almaniyanın Frankfurt şəhərində “Frankfurt Messe”-də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan IMEX sərgisi mayın 15-dən – 17-nə kimi davam edir. IMEX sərgisi dünyanın MICE (görüşlər sənayesini) sənayesinin bütün sektorlarından hər il 3,500-dən çox təchizatçı Frankfurtda bir araya gəlir. Burada milli və regional turizm ofisləri və konqres büroları, böyük otel şirkətləri, konfrans […]

Şirkətə məxsus 70000 manatı oğurlamaqda təqsirli bilinən şəxs kimdir?

Mingəçevir şəhər polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı Vəliyev Kənan Yusif oğlu şirkətə məxsus  70000 manatı oğurlamaqda suçlu hesab edilib. “Şirkətlərin birində hasilatçı  işləyən  Mingəçevir şəhər sakini Elçin Abdullayev  bu il aprelin 30-da Mingəçevir polis şöbəsinə ərizə ilə müraciət etmişdi. O, bildiriirdi ki, səhər  saat  7  radələrində 2 nəfər  evinin girişində fənərə oxşar alətlə […]

Mingəçevirdə “Maxim” beynəlxalq taksi sifarişi xidməti fəaliyyətə başladı

“Maxim” xidməti ilə sərnişinlər taksini asan və tez çağırmaq imkanına malikdilər – “Maxim: taksi sifarişi” iOS, Android və Windows Phone proqram təminatını dəstəkləyən smartfonlar və planşetlər üçün firma mobil əlavəsi ilə və onlayn, taximaxim.az saytından. Sürücülər, sərbəst qrafiklə işləməklə, sifarişləri şəxsi avtomobillərində yerinə yetirmək imkanını əldə etdilər. Sürücüləri əməkdaşlığa dəvət edərkən “Maxim” taksi sifarişi xidməti […]

“Allaha doğru: Şeytanın zəlil olduğu gün”

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov “Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabı ilə oxucularının növbəti görüşünə gəlib. Təqdimat mərasimində müəllif  həcc ziyarəti zamanı qarşılaşdığı maraqlı anlar, kitabın tarixçəsi,  rəsmi mənbələri və  yazılma səbəbləri barədə danışıb. Tədbirə toplaşanlar – AYB Mingəçevir şöbəsinin sədri İsmayıl İmanzadə,  “Azərbaycan işıqları” qəzetinin aparıcı mütəxəssisi və […]

Mingəçevirdə istedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron baza yaradılacaq

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq gənclərin asudə vaxtlarının səmərəli, onların fərdi inkişafına dəstək olmaq məqsədilə son vaxtlar ölkədə bir sıra tədbirlər və layihələr həyata keçirilib. Bu fəaliyyətlərin əsas təşkili istiqaməti  peşəkar, istedadlı gənclər şəbəkəsinin formalaşdırılmasıdır.  Mingəçevirdə yaşayan və təhsil alan gənclər arasında  da kifayət qədər istedadlı, bacarıqlı […]

Hasilat sənayesində şəffaflıq prosesi ilə bağlı məlumatlandırma sessiyası

Regional İnsan Hüquqları və Media Mərkəzi Mingəçevir şəhərində məlumatlandırma sessiyası keçirib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi “Regionda təhsil alan tələbələr və region jurnalistləri arasında “Hasilat Sənayesində Şəffaflıq” prosesi ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Mingəçevir Media Mərkəzində keçirilən maarifləndirmə xarakterli tədbirin məqsədi Azərbaycanda Hasilat Sənayesində […]

Ağdamlılar “Sadığın toyu”nu Mingəçevirdə elədilər

Sərhədsiz teatr III Şəki Beynəlxalq Teatrı festivalı çərçivəsində Ağdam Dövlət Dram Teatrının kollektivi Mingəçevir Dövlət Dram Teatrının səhnəsində “Sadığın toyu” tamaşasını təqdim edib. Mingəçevirlilərə bol-bol gülüş bəxş edən qonaqlar isti münasibətdən razı qaldıqlarını bildiriblər.