Browsing monthly archive

Mart 2018

Gənclər və idman naziri Mingəçevirdə 20-dən çox müraciətə baxıb

Martın 27-də Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonlarında yaşayan vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda ümumilikdə 20-dən çox müraciətə baxılıb. Müraciətlər gənclər, idman və digər sahələri əhatə edib. Gənclər […]

Günəşə, yaza doğru

Səməd Vurğun meydanında Novruz təntənəsi Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səməd Vurğun adına meydanda qurulan Novruz şənliyində qərinələrdən bizə miras qalan, nənə-babaların həyat tərzini nümayiş etdirən tabloların şahidi olduq. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Novruz tonqalını yandırdı. Dədə Qorqud və Bahar qız  faytonla meydana təşrif buyurdu. Qız-gəlinlər sac üstündə fətir saldılar. Gənclər […]

Mingəçevirdə mənzillərdən və obyektdən oğurluq edən iki nəfər saxlanılıb

Mingəçevirdə mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb.   DİN Mətbuat Xidmətinin Şəki şəhərində regional qrupundan verilən  məlumata görə,  ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli şəhər polis şöbəsdinə ərizə ilə müraciət edərək, kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib. Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman […]

Mingəçevirli sahibkarın 100 min manatlıq qızıl əşyalarını oğurlayan şəxs tutulub

Bir neçə ay qabaq Mingəçevir şəhərində  qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs ,əvvəllər məhkum olunmuş şəhər sakini Elnur Mahmudov Bakının Səbail rayonunda həbs olunub. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan oğurlanmış qızıl əşyaları və müqəssirin onların bir hissəsini sataraq əldə etdiyi […]

2017-ci ildə Mingəçevir sənayesinin inkişafı haqqında

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha […]

Əsrin qadını

 Qadın anadır, Cənnət ayaqlarının altında” olandır. O ən gözəl təriflərə layiqdir. Qadın xanımdır, gözəlliyindən tutmuş daxili aləminə qədər evinin hüzurlu olması üçün bir çilçiraq misalı dönüb-fırlanıb işıq saçan xanım. Qadın uşaqdır, istər kiçik bir qızcığaz olub atasının əlindən tutaraq, istər ər evinə köçərkən qollarını atasının boynuna salaraq ağlayan bir uşaqdır. Körpələrini böyüdərkən qadın həm anadır, […]

Goranboyda gənc su quyusuna düşdü və …sağ-salamat çıxdı

Goranboyda 29 yaşlı gənc həyətdə qazılan dərinliyi 12 metr olan su quyusuna düşüb.  Hadisə Goranboyun Tatarlı kəndində baş verib. Kənd sakini Arzuman Alışov quyunun torpaq uçqununu təmizləyən zaman kəndir qırıldığından dərinliyə düşüb. Köməksiz qalan gənci xilas etmək mümkün olmadığından hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağrılıb. Arzuman Alışov dərinliyi 12 metr […]

Əflatun Amaşov: “Mingəçevirin inkişafında yubileyinə toplaşdığımız bu qəzetin əvəzsiz rolu var”

Fevralın 28-də “Mingəçevir işıqları” qəzetinin 70 illik yubleyi qeyd edilib. Mingəçevirin idarə və  müəssisə rəhbərlərinin,  çoxsaylı ziyalıların  və fəal oxucuların iştirak etdiyi yubiley mərasiminə toplaşanlar öncə qəzetin keçdiyi uzun yoldan bəhs edən videoçarxı izləyiblər. Qəzetin baş redaktoru,  əməkdar jurnalist Fərman Nəbiyev çıxışında mərasim iştirakçılarına təşəkkürünü bildirərək,  yubilyar nəşrin keçdiyi yola bir qədər də geniş aydınlıq […]