Browsing monthly archive

Oktyabr 2017

8 övlad, 16 nəvə, 23 nəticəsi olan 91 yaşlı Əli Əhmədov: “Heç kimə möhtac deylik”

Onlar 70 ilə yaxındır ki, bir-birinə “can” deyib,  “can” eşidirlər. 70 ilə yaxındır ki, onların həyata baxışları bir-birini tamamlayır. Söhbət Mingəçevirdə məskunlaşmış Əhmədovlar ailəsindən gedir. …Sözün düzü, bizim gəlişimizdən onların xəbərləri  yox idi. Elə zənn edirdik ki, 91 yaşlı Əli babanı yatağında xəstə, 89 yaşlı Gülüş nənəni isə gözündən-qulağından şikayətçi kimi görəcəyik. Lakin onları iş […]

Minngəçevir iki Böyük Vətən Müharibəsi veteranını son mənzilə yola saldı

Onlardan biri 92 yaşlı Əmrah Rzayev, digəri isə 94 yaşlı Nadejda Orucova idi. Bu gün Əmrah Rzayevin 3 mərasimi,  Nadejda Orucovanın isə 7 mərasimi idi.  Hər ikisi bu günə qədər saqlıqlı ömür sürüb yaşamışlar.  Əmrah Rzayev müharibədən sonra pedaqoji fəaliyyətlə məşğul olub.  Nadejda Orucova da o dəhşətli illərin od-alovundan keçib və taleyinin sonrakı illərini dinc […]

“9 ay ərzində Mingəçevirdə 672 nəfər ixtisasına uyğun iş tapa bilib”

“Təhlil göstərir ki, şəhərdə son illər aparılmış geniş quruculuq və bərpa işləri ilə yanaşı əhalini narahat edən bir sıra problemlər qalmaqdadır. Qəbul və görüşlərdə olan müraciətlər əsasən dam örtüklərinin təmiri, məhəllə daxili abadlıq işləri, istilik sisteminin bərpası, işlə təmin olunma və sair məsələləri əhatə edir. Qeyd olunan və əhalini narahat edən digər problemlər şəhər İcra […]

Mingəçevir Dövlət Universitetində “Data Jurnalistika” kitabı müzakirə olundu

Oktyabrın 10-da Mingəçevir Dövlət Universitetində MDU-nun müəllimi Kərim Əliyevin tərcüməsi və “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyevin redaktəsi ilə elektron qaydada hazırlanan “Data Jurnalistika” kitabının müzakirəsi keçirilib. Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov tədbir iştirakçılarına universitetin rektoru Akif Hacıyevin salamlarını yetirib və “Data Jurnalistika” kitabının ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkürünü […]

Bir tərəfdə Azərbaycan, digər tərəfdə Türkiyə bayrağı

Şəhər sakini Mayıl Şamxalov ata evini diqqət çəkən etmək üçün iki qardaş ölkənin bayrağına bürüyüb. Görənlər binanı konsulluq və ya səfirlik olduğunu zənn edirlər. Uzun illərdir Mingəçevirdə yaşayan birinci qrup əlil uşaqlıq arzusunu 300 manatdan artıq xərc çəkməklə reallaşdırıb. Ev sahibi Mayıl Şamxalovun sözlərinə görə, onun mənzili sosial şəbəkələrin də bəzəyinə çevirilib: “Yerli sakinlər, şəhərə […]

“Data Jurnalistika” kitabının tədris vəsaiti kimi qəbul edilməsi çox faydalı olardı”

Sentyabrın 4-də Mingəçevir  Turizm  Kollecində  (MTK) Azərbaycan dilinə çevrilmiş “Data Jurnalistikası” kitabının  müzakirəsi keçirilib. Kollecin ideoloji mərkəzində təşkil olunan tədbiri  MTK-nın direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov açıb. O,  informasiyanın həyatımızın ən vacib elementinə çevrildiyini,  son illər onlayn medianın ənənəvi mətbuatı sıxışdırdığını bildirib:  “Bu gün hər sahədə olduğu kimi, jurnalistikada da ixtisaslaşma gedir.  Ölkəmizin […]