Browsing monthly archive

Oktyabr 2017

Canavar sürüsü Mingəçevirin fermer təsərrüfatına hücum çəkdi

Son günlər hər gecə fermaya gələn vəhşi canlılar heyvan sahiblərinin qorxulu kabusuna çevrilib. Çoban  Raquf Məmmədov deyir ki, fermanın ətrafında qamışlıqda gizlənən yırtıcılar fürsət düşən kimi həm iri, həm də xırda buynuzlulara hücum edirlər: “Gecə saatlarında tövləyə daxil olan yırtıcılar 10-a yaxın iribuynuzluya zərər yetirib. Acgöz canlılar bayırda 1 baş iribuynuzlunu parçaladıqdan sonra, tövləyə girib […]

Azərbaycanda sağlamlıq-rekreasiya turizminin inkişaf istiqamətləri və mövcud imkanlar regional konfransda müzakirə edilib

Öncə konfrans iştirakçıları Azərbaycan turizminin özəllikləri barədə tələbələrin əl işlərindən ibarət sərgiyə, ardınca Azərbaycanda  sağlamlıq-rekreasiya turizminə həsr olunmuş video-çarxa baxıblar. Konfransda çıxış edən  Mingəçevir Turizm  Kollecinin direktoru Əyyub Əyyubov  Azərbaycanda turizmin yeni bir mərhələyə qədəm qoyduğunu  qeyd edib. O, bildirib ki, ölkədə, xüsusilə  də Mingəçevirdə mövcud  sağlamlıq rekreasiya turizmini  müasirləşdirmək, yeni infrastrukturlar  yaratmaqla  sağlamlıq turizmini […]

JuHi Gender Qrupun toplantısını keçirib

Oktyabrın 24-də Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ)  nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib. Toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması   yönündə təkliflər təqdim edilib.  Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib.  Dəyişikliyə əsasən, GQ  onlayn  medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin, onlayn media […]

“İstedadlar sorağında”

Oktyabrın  22-də Ziya Səfərbəyovun  “İstedadlar sorağında” layihəsi “Passage” restoranında  “Satel Telecom” şirkətinin dəstəyi ilə baş tutub. Layihəyə qatılan 36 iştirakçıdan hər biri səhnədə 3 dəqiqə ərzində öz şeir və qısa hekayələri ilə çıxış edib. Layihə müsabiqə xarakteri daşıyırdı və iki turdan ibarət idi. Tədbirə 150 nəfərdən çox tamaşaçı izləyici qismində təşrif buyurmuşdu. Qonaqlar və münsiflər […]

“İşıqlı Gələcək” İctimai Birliyi “Region gənclərinin intellekt akademiyası”nı yaradır

Oktyabrın  21 və 22-də “İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində  intellektual yarış keçirib. Mingəçevir Dövlət Universitetində təhsil alan  tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan […]

“Olmaq İstədiyim “Mən”dən uşaqlar və böyüklər necə faydalandılar?

Oktyabın 22-də Mingəçevir Media Mərkəzində “Olmaq İstədiyim “Mən” layihəsinin yekun tədbiri keçirilib. “Uşaq hüquqları aylığı”na təsadüf edən tədbirdə layihənin koordinatoru Fərid Qoşqarlı  indiyədək görülən işlərdən danışıb. O, bildirib ki, layihənin birinci mərhələsi 25 şagirdi əhatə edən təlim prosesindən ibarət olub: “Məqsəd 7, 8 və 9-cu sinif şagirdlərinin ixtisas seçərkən qarşılaşdıqları problemləri, maneələri, kənar şəxslərin müdaxiləsi […]

Mingəçevirli bərbər öz iş yerində qətlə yetirilib

Mingəçevir şəhərində bərbərlik fəaliyyəti ilə məşğul olan şəxs öz iş yerində amansızlıqla qətlə yetirilib. Polis Şöbəsindən mi-news.az  səhifəsinə verilən məlumata görə, hadisə bu gün, oktyabrın 22-də şəhərin İ.Qayıbov  küçəsindəki 2 saylı ünvanda yerləşən bərbərxanada baş verib. Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan Eldar Abbasov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Pərviz Məmmədova […]

“Komatsuya gəlsəniz, mütləq Ağdağa getməyiniz məsləhətdir”

Oktyabrın 18-də Yaponiyanın Komatsu şəhərinin nümayəndə heyəti Mingəçevirdə işgüzar səfərdə olub. İcra Hakimiyyəti başçısı Niyazi Bayramov qonaqlara şəhərin tarixi və bu günü barədə qısa məlumat verib. O, Mingəçevirin təhsil və sənayesi, xüsusən  inşası ilin sonunda başa çatdırılacaq “Asan  Həyat” komleksi və Sənaye Parkının birinci növbəsi, eyni zamanda Mingəçevirin turizm potensialı barədə danışıb, gələcəkdə qonaq ölkənin […]

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017”-yə hazırlıq davam edir

Mingəçevir  Gənclər Evində “Debat Təlimi və Şou Debat” keçirilib. Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə MRDM tərəfindən icra olunan təlimlərə yeni qoşulan gənclərə debat haqqında ətraflı məlumat verib. MRDM-nın sədr müavini Samir Şükürov “Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017” çərçivəsində şəhərdə həyata keçiriləcək tədbirlər və daxili turnirlər haqqında danışıb. Bundan sonra “ŞOU […]

Yerli siyasətin həyata keçirilməsinə yerli QHT-lər töhfələrini verirlər

2017-ci il oktyabrın 14-də Bakıda Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “İnkişaf və İdarəetmədə Strateji Əməkdaşlıq və Əlaqələndirmə“ layihəsinin  icrasına həsr olunmuş yekun konfransı keçirilib.  Avropa Birliyinin Proqram Meneceri xanım Aleksandra Nerisanu və BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisinin müavini xanım Cəmilə İbrahimova […]