Browsing monthly archive

Sentyabr 2017

Regionun 21 lider xanımı qadınların iqtisadi səlahiyyətləndirilməsi barədə təlimdə nələri öyrəndi?

Sentyabrın 28-29-də  Mingəçevir Media Mərkəzində   işgüzar qadınlar üçün  “Regionlarda qadınların iqtisadi səlahiyyətləndirilməsinin təşviqi və ictimai vəkillik” mövzusunda ikigünlük təlim keçirilib. Təlimə Mingəçevir, Gəncə, Şəki, Oğuz və  Yevlax rayonlarının özəl və icimai sektorunu  təmsil edən  21 lider xanım qatılıb. İştirakçıları və təlimçiləri salamlayan  “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev   təlimin Avropa Birliyinin dəstəyi və […]

Göyçayda 100 kilometr uzunluğunda su boruları Bığır kənd icra nümayəndəsinin köməyilə oğurlanaraq satılıb

Göyçay rayonunda yerin altı ilə çəkilmiş paslamayan su boruları oğurlanaraq satılıb. Oğurluq hadisəsi rayonun Bığır kəndində qeydə alınıb. Bərdə rayonundan olan Elsevər adlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Bığır kəndi üzrə icra nümayəndəsi Şıxverdi Behbudovla əlbir olaraq Sovet dövründə Bığır kəndinin ərazisində salınan 550 hektardan çox nar bağının, tərəvəz sahəsinin və üzüm plantasiyasının suvarılması məqsədilə […]

Mingəçevir Regional Debat Mərkəzi növbəti mövsümə start verdi

Sentyabrın 23-də  Mingəçevir Regional Debat Mərkəzinin 2017/18-ci mövsüm ili üzrə ilk iclası keçirilib.  Mərkəzin sədri Etiram Sadıqzadə  görülmüş işlərdən, qazanılan uğulardan danışıb.  Mərkəzin sədr müavini Samir Şükürov planlaşdırılan tədbirlərdən və forumlardan söhbət açıb. İclasın yekununda idarə heyəti  yeni mövsümlə  bağlı qərar qəbul edib.  Qərarda deyilir: 1.Kamran Əliyev Mingəçevir Dövlət Univeristeti Debat Klubun sədri vəzifəsindən azad olunsun. […]

Yevlaxda qəbiristanlıqdan oğurluq edən dəstə üzvləri saxlanılıb

Rayonun “Dəvəçi” adlanan məzarlığına qənim kəsilənlər elə yerli sakinlər olub. 21 yaşlı İsmayıl Dərişov və  20 yaşlı Kamil Seyidov əlbir olaraq Yevlax rayon sakini Roza Əliyevanın ailə üzvlərinə məxsus məzarların kənarlarına çəkilən əlvan metaldan ibarət bəzək əşyalarını oğurlayıblar. Yevlax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğrular elə iş başında yaxalanıblar. Saxlanılan şəxslər 3-cü yoldaşlarının da olduğunu […]

Yevlağın görünməz yol nişanları

Bir çox hallarda qəzaların baş verməsinə səbəb məhz yol hərəkəti nişanlarının görünməz olmasıdır. Sürücülər və piyadalar bu cür halların baş  verməməsi üçün aidiyyatı qurumları hərəkətə keçməyə çağırırlar. Şəhərdaxili yolların hərəkət zolaqlarında ağ xətlər çəkilsə də bir müddətdən sonra solmağa başlayır. Bu  hal çox ağ rənglə boyanan xətlərdə daha tez baş verir. Ağ rənglərin bəzən görünməməsi […]

Yerli səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” genişləndirildi

 23  sentyabr 2017-ci ildə Sabirabadda  yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığı”na başlamaq təşəbbüsü ilə regional konfrans keçirilib. Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən  “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində  həyata keçirilən layihəni  “Ümid” Sosial Inkişafa Dəstək İctimai Birliyinin ekspertləri   gerçəkləşdirir. Konfransa “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş […]

QHT-hökumət münasibətləri Mingəçevirdə müzakirə olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 22 sentyabr 2017-ci ildə Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib. Toplantıda çıxış edənMingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının […]

Xalid Kazımov: “Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə 700-dən artıq region sakini elektron xidmətlərlə bağlı birbaşa məlumatlandırılıb”

Son illər respublikamızda əhaliyə göstərilən elektron xidmətlərin sayı artmaqdadır. Bu gün əhali həm dövlət qurumlarının öz internet səhifələri, həm də «Elektron hökumət portalı» vasitəsi ilə elektron xidmətlərə çıxış əldə edə bilir. Amma elektron xidmətlərin sayının artırılması ilə yanaşı, göstərilən xidmətlərlə bağlı əhalinin məlumatlandırılması da önəmlidir. Son dövrlər Qeyri-Hökumət Təşkilatları da bu istiqamətdə görülən işlərə ictimai […]

İTS sağlamlıq həftələrinə start verdi

Sentyabrın 20-də Mingəçevir şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərin sakinlərinin sağlamlığının qorunması, maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə “Sabaha sağlam addımla” şüarı ilə  2017-ci ilin oktyabr-dekabr ayları ərzində keçiriləcək sağlamlıq həftələrinin açılış mərasimini keçirib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, oktyabrın 2-dən dekabrın 17-dək Mingəçevir […]

Mingəçevirlilər isveçliləri məğlub edib, növbəti mərhələyə addadı

Azərbaycanın qadınlardan ibarət son ölkə çempionu olan “Nur” həndbol komandası Avropa Həndbol Federasiyasının (EHF) kuboku uğrunda iki oyununu keçirib. Onlar Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində İsveçin “Luqi HK” komandası ilə üz-üzə gəliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində sentyabrın 16-da keçən ilk oyun 24:24 hesablı heç-heçə ilə yekunlaşıb. Matça rəqib komanda üstün başlayıb. Lakin təşəbbüsü […]