Browsing monthly archive

Fevral 2017

Xocalı soyqırımı məcburi köçkün məktəbində anılıb

Mingəçevirdəki 51 saylı  Ağdam məcburi köçkün məktəbində Xocalı qətilamının 25-ci ildönümü ilə əlaqədar ədəbi kampozisiya nümayiş olunub.Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət  rəsmlərə tamaşa ediblər.  Bu  rəsmlər  Xocalı soyqırımında həlak olmuş, öldürülmüş, işgəncələrə məruz qalmış insanlar  barədə idi. Xocalıda həlak olanlarıx xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbirin təşkilatçılarından olan Cimnaz Əliyeva […]

“Xocalı, səni unutmadıq”

Mingəçevirdəki 3 saylı məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı,  səni unutmadıq” mövzusunda şagirdlərin hazırladığı ədəbi-kompozisiya keçirilib. Öncə tədbir iştirakçıları Xocalı soyqırımında şəhid olmuş və öldürülmüş günahsız, zavallı insanları bir dəqiqəlik sükutla yad ediblər. Məktəbin direktoru Kəmalə Tahirova Xocalı soyqırımı barədə ətraflı məlumat verib, bu faciəni bəşəri soyqırım kimi dəyərləndirib: “1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, […]

Ac-yalavac uşaqlar

“Kaş heç doğulmayaydım” “Mənim taleyim əvvəldən uğursuz yazılıb. Hərdən həyatımdan, yaşamaqdan, insanlardan yoruluram. Kaş heç doğulmayaydım”. Bu sözləri açı taleyi olan Sevinc Əliyeva deyir. Onun atası dünyasını dəyişəndən sonra anasını babası Əmir kişinin məsləhəti ilə qonşuları Rəsula ərə veriblər. Sevincin o zaman 8 yaşı olub. “Rəsul məni xoşlamırdı. Adıyla çağırmağım isə onu özündən çıxarırdı. O, […]

“Həmin geçə sanki qar yox, göydən qan yağırdı”

Xocalı soyqırımının 25 –ci ildönümü ilə əlaqədar şəhid Rəşad Mirabov adına 7 saylı tam orta məktəbdə “Xocalı-qan yaddaşımızdır” adlı ədəbi-bədii kompazisiya keçirilib. Məktəbin direktoru Anar İsmayılov ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışııb. Günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 5-9-cu sinif  şagirdləri Xocalı faciəsinə aid şeirlər söyləyib, faciə ilə bağlı video görüntüləri nümayiş etdiriblər.  […]

Ana səhifə Xəbər Araşdırma QHT Təqvim Qalereya Ədəbiyyat Mingəçevir Bazardaxil ol “Dini Radikalizm Bəşəri Cinayətdir”

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı” İctimai Birliyi və Kəlbəcər rayon 87 saylı məktəbin təşkilati dəstəyi və təşkilatçılığı ilə  Mingəçevirdəki  Ağdam rayon 51 saylı məktəbində “Dini Radikalizm Bəşəri Cinayətdir” adlı tədbiri keçirib. Tədbirdə İslamın  humanist din olması, insanlığın, din, dil, irq və millət ayrı seçkiliyi qoyulmadan hər kəsin yaşamaq hüququnun təmin edilməsi, bəşəriyyətin sülh və əmin amanlıq […]

29 min zəli Mingəçevirdəki Zoologiya İnstitutunun balansındakı süni göllərə buraxılıb

Ötən ay Astara Kömrük idarəsindən qaçalmalçılıq yolu ilə İrana aparılarkən kömrük əməkdaşlrı tərəfindən minlərlə zəli aşkarlanmışdı. Canlı orqanizm sayılan zəlilər İran İslam Respublikası vətəndaşı Zahidi Qulamrza Əbülfəz  tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən aşkarlanıb. Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanılan və satışının təşkili üçün başqa ölkəyə […]

“Narkomaniya insanları ölümə doğru aparır”

Mingəçevir  şəhərinin 6 və 10 saylı tam orta məktəblərində  narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə mövzusunda polis işçilərinin məktəblilərlə görüşü keçirilib.  IX-XI sinif şagirdlərinin və məktəb rəhbərlərinin qatıldıqları tədbirdə  6 saylı məktəbin direktoru  Xurşud Zamanova  deyib ki,   mütamadi olaraq şagirdləri bu kimi mövzularla bağlı maarifləndirirlər:  “Ölkəmizin hər yerində olduğu kimi, məktəbimizdə də  narkotiklə mübarizəyə ciddi […]

“Transformasiya Hüquqşünasları” Regional Akademiyası növbəti iştirakçılarını gözləyir

2001-ci ildən etibarən Almaniya Hökumətinin Qafqaz Təşəbbüsü Cənubi Qafqaz ölkələri olan Ermənistan, Azərbaycan və Gürcüstan ilə ölkələrarası əməkdaşlığı təşviq etməkdədir. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyinin (BMZ) təlimatına əsasən 2017-cı ildə Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH regionun gənc hüquqşünasları üçün artıq 8-ci dəfə olaraq “Transformasiya hüquqşünasları – Hüquqi transformasiya üçün hüquqi dialoq” […]

“Asan xidmət”in qış səfəri

Səyyar “Asan xidmət” fevralın 1-dən başlayaraq Mingəçevir şəhərində vətəndaşlara xidmət göstərir. Mart ayının 1-dək davam edəcək xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar xidmətdə vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi […]

“Bu gün əsgərlərin rahat yerlərdə xidmətini təşkil etmək üçün valideynlərdən pul alınmır”

Fevralın 13-də Mingəçevirdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5 illiyi idarə və təşkilat, ictimaiyyət nümayəndələrinin, veteranların iştirakı ilə qeyd edilib. Xidmətin Mingəçevir şəhər şöbəsinin rəisi Şahin Xəlilov 5 il ərzində xeyli işlərin görüldüyünü, köhnə illərdən qalmış sözün məcazi mənasında paslanıb yığılmış problemlərin bu illər ərzində həllini tapdığını deyib: “Bu gün əsgərlərin […]