Səyyarə xanım və Ferens List
Kral musiqi salonlarının əfsanəvi maestrosu, `Yeni Mosart` adını almış Cənab Ferens List ötən ildən musiqi maarifçiliyi missiyası ilə Avropa ölkələrinə qalstrola çıxmışdır. O, Rusiyada olacaq, Cənubi Qafqaza – Helenendorfa da gedəcək`. Bu xəbəri 1840-cı ildə `Stuttgarter Zeitung` qəzeti yaymışdı. Qəzetə abunə olan Gəncəbasar və Borçalı almanları xəbərdən həyəcanlanmış, bəziləri gözlərinə, bəziləri qulaqlarına inanmamışdı. Helenendorfda Listin […]