Browsing monthly archive

Dekabr 2016

Başçı gənclərin şənliyinə qatıldı

YAP Mingəçevir şəhər Təşkilatı Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Heydər  Əliyev Mərkəzində bayram şənliyi  keçirib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədbirə toplaşan gənclərin şəxsində bütün Azərbaycan xalqını, o cümlədəm mİngəçevirliləri təbrik edib, qarşıdan gələn 2017-ci ilin onlara uğur gətirəcəyinə ümid etdiyini bildirib. Tədbirdə Gənclər Birliyinin son illər […]

Başçı Nevroloji Sanatoriyada

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni ilin gəlisi və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Mİngəçevir şəhər Uşaq Nevraloji Sanatoriyasına baş çəkib,  uşaqların yaşayış şəraiti ilə tanış olub. O, sağlamlığı məhdud və ailə qayğısından uzaq bu balacalara yeni il arzularını bildirib və  hədiyyələrini təqdim edib.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təqvimləri MTK-da

Mingəçevir Turizm Kolleci Yeni  il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  təqvimlərini bayram süfrsi ətrafında qeyd edib.  Kollecin direktoru Əyyub Əyyubov təbriklərini çatdırıb,  yeni tədris ilindən kollecdə tətbiq olunan yeniliklərdən  danışıb. Tədbirdə rəngarəng təbriklər səsləndirilib.  Kollec həmkarlar təşkilatının sədri İbrahim Əyyubov isə kollektivin hər bir üzvünün bayram sovqatı ilə mükafatlandılacağını elan edib. Tələbə özfəaliyyət  dərnəyi fəallarının […]

Səyyarə xanım və Ferens List

Kral  musiqi salonlarının əfsanəvi maestrosu, `Yeni Mosart` adını almış Cənab Ferens List ötən ildən musiqi maarifçiliyi missiyası ilə Avropa ölkələrinə qalstrola çıxmışdır. O, Rusiyada olacaq, Cənubi Qafqaza – Helenendorfa da gedəcək`. Bu xəbəri 1840-cı ildə  `Stuttgarter Zeitung` qəzeti yaymışdı. Qəzetə abunə olan Gəncəbasar və Borçalı almanları xəbərdən həyəcanlanmış, bəziləri gözlərinə, bəziləri qulaqlarına inanmamışdı. Helenendorfda Listin […]

“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimləri davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Gənclər və İdman İdarəsi və Gənclər Evinin təşkilatı dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” layihəsi çərçivəsində həyata keçirilən təlimlər davam edir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin növbəti təlimləri Mingəçevir Gənclər Evində baş tutub. Universitet və kollec tələbələrini əhatə edən təlimlərin […]

QHT və KIV insan alverinə qarşı birgə çalışarsa…

2016-cı il dekabrın 13-dən 16-dək Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Bakı şəhərində QHT və kütləvi informasiya vasitələri nümayəndələri üçün təlim təşkil edib. Təlim insan alveri və əməyin istismarı hallarının müəyyən edilməsi və monitorinqi, onlara dair məlumat verilməsi və zərərçəkmişlərin istiqamətləndirilməsi barədə mövzuya həsr edilib. Təlimin ən maraqlı hissəsi Lunanın hekayəsi ilə bağlı olub. Jurnalistlər […]

Gənclərin radikal meyllərdən qoruyaq!

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsinin təşkilatçılığı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə şəhərdəki 1 saylı tam orta məktəbdə  Gənclərin radikal meyllərdən qorunması  mövzusunda konfrans keçirilb. Konfransda məktəbin pedaqoji kollektivi və 9-11 sinif şagirdləri iştirak ediblər. Məktəbin direktoru Aynur Rəsulova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri […]

QHT-lər yerli sosial-iqtisadi inkişaf proseslərinə necə qoşula bilər?

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) İnkişaf və idarəetmədə strateji əməkdaşlıq və koordinasiya təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təlim sessiyası keçirilib. Yerli QHT təmsilçiləri üçün keçirilmiş təlimlər təşkilati idarəetmə və strateji planlaşdırma, dəlil əsaslı […]

Növbəti mitap təlimi dekabrın 12-də Mingəçevirdə keçirilib

Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair növbəti  mitap təlimini dekabrın 12-də təşkil edib. Mingəçevir Media Mərkəzində baş tutan təlimə MDU-nun tələbələri qatılıblar. […]

“Oğlumun cəsədi də tapılmadı, gözlərim yoldadır”

2015-ci il dekabr ayının 4-də  “Günəşli” yatağındakı  10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur Mingəçevirdə, 1957-ci il noyabrın 29-da anadan olan İnqilab ixtisasca nəqliyyatçı idi. O, ömrünün axırıncı 10 ilini dənizdə işləyirdi. İki övlad atası olan neftçi hadisə zamanı itkin düşdü. Bu günə qədər onun cəsədi də […]