“Konduktorluq edən, maşın yuyan azyaşlıların azalması küçə uşaqlarının azalması demək deyil”
Ailəsini və özgələri saxlayan uşaqlar Avtobuslarda yaxasından: “Atam ölüb, anam xəstədi. Dərman almağa kömək edin” ifadələri asılmış balacalarla tez-tez qarşılaşırıq. Bunlar ağızlarını açıb heç nə istəmir, danışmır, sadəcə, adamlara o kağızı göstərirlər. Hətta belə təəssürat yaranır ki, laldırlar. Ancaq bu, sadəcə, təəssüratdır. Əslində onları buna məcbur edənlər və hər gün topladıqları vəsaiti əllərindən alanlar var. […]