Browsing daily archive

Sentyabr 8, 2016

Rəhman Rəhmanov balacaları “Şəngülüm, Şüngülüm, Məngülüm”lə sevindirdi

Respublikanın əməkdar artisti, Abdulla Şaiq adına  Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Qızıl Dərviş mükafatı laureatı Rəhman Rəhmanov şəhərimizin qonağı olub.  O, uşaq bağçaları- körpələr evində balacalarla görüşərək, “Şəngülüm, Şüngülüm, Məngülüm” qədim xalq nağılının kukla tamaşasını uşaqlara çatdırıb. Mingəçevir Dövlət Dram Teatrının dəvəti ilə  şəhərimizə gələn R.Rəhmanov oktyabr ayında yerli aktyorlarla birgə 2 yeni tamaşa hazırlayacaq.

MnSK-ların referenduma hazırlığı üçün

Sentyabrın 6-dan 8-dək  47 saylı Mingəçevir seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün referenduma hazırlıq məqsədilə treninqlər keçirilib. 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə  görə, treninqlər 3 gün davam edib: “Hər gün 10 məntəqənin  komissiya üzvləri təlimlərə qatılıblar. Məqsəd onların yaddaşını yeniləmək, komissiyalara Seçki Məcəlləsinə uyğun olaraq seçki günü işlərini necə qurmağı başa salmaqdır”. […]

Veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı başa çatıb

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Yaşar Məmmədzadə adına şəhər stadionunda veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı keçirilib. Çempionatda dörd komanda İsveçrə sistemi üzrə mübarizə aparıb. Çempionatın final mərhələsində “İşıqlı gələcək” komandası ilə “Referi” komandası görüşüb. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyən […]