Browsing monthly archive

Sentyabr 2016

Naftalana bir dəfə gələn yenə gələr

Tarixiə qısa nəzər Neftin insan orqanizminə  faydası Adəm və Həvva dövründən məlumdur. Qədim insanlar müxtəlif xəstəliklərdən can qurtarmaq üçün yerin qatında yığılan və hələ tərkibi məlum olmayan  neft quyularına girər və sağlamlıq tapardılar. Onlar bir çox dəri xəstəliklərinin müalicəsində neftin faydasından xəbərdar idilər. Əcdadlarımız  ölən insanların cəsədinə çürüməmək üçün neft çəkərdilər.  İndiki amerikanların əcdadları sayılan […]

Mingəçevirdə Qeydiyyat şöbəsinin yeni binası açıldı

Sentyabrın 29-da Mingəçevir şəhərində Qeydiyyat şöbəsi üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub.Tədbirdə Ədliyyə naziri Fikrət Məmmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həkimlər, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl tədbir iştirakçıları ümummilli liderin abidəsi ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər. Qeydiyyat […]

Payızın ilk günü Prezident İlham Əliyev Mingəçevirə səfər edib

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, ümummilli liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən […]

Mingəçevirdə çoxmənzilli binaların idarə olunması mövzusunda ümümşəhər toplantısı keçirilib

Sentyabrın 20-də Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən layihə çərçivəsində  çoxmənzilli binaların sahə mülkiyyətçilərinin ümumşəhər toplantısını keçirib. Şəhər Bələdiyysində baş tutan tədbirə məhəllə komitələrinin aktiv üzvləri, QHT və KİV əməkdaşları ilə bərabər yerli İcra hakimiyyəti və bələdiyyətini, İqtisadiyyat Nazirliyinin məsul nümayəndələri də qatılıblar. […]

Zahid Oruc: “Azərbaycan Prezidenti bizi bəlalardan qoruya bildi”

Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrlə  bağlı sentyabrın 18-də “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun Mingəçevirdə seçicilərlə  görüşü keçirilib. Qrupun üzvü, Milli Məclisin deputatı Zahid Oruc  deyib ki, Azərbaycan Konstitusiyasına 2009-cu ildə edilən sonuncu dəyişiklikdən sonra ölkənin sürətlə inkişaf etməsi, əldə olunan uğurlar  Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyub:  “Dünyanın inkişaf etmiş ölkəsi olan İsveçrədə hətta […]

Rəhman Rəhmanov balacaları “Şəngülüm, Şüngülüm, Məngülüm”lə sevindirdi

Respublikanın əməkdar artisti, Abdulla Şaiq adına  Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Qızıl Dərviş mükafatı laureatı Rəhman Rəhmanov şəhərimizin qonağı olub.  O, uşaq bağçaları- körpələr evində balacalarla görüşərək, “Şəngülüm, Şüngülüm, Məngülüm” qədim xalq nağılının kukla tamaşasını uşaqlara çatdırıb. Mingəçevir Dövlət Dram Teatrının dəvəti ilə  şəhərimizə gələn R.Rəhmanov oktyabr ayında yerli aktyorlarla birgə 2 yeni tamaşa hazırlayacaq.

MnSK-ların referenduma hazırlığı üçün

Sentyabrın 6-dan 8-dək  47 saylı Mingəçevir seçki dairəsində məntəqə seçki komissiyalarının üzvləri üçün referenduma hazırlıq məqsədilə treninqlər keçirilib. 47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə  görə, treninqlər 3 gün davam edib: “Hər gün 10 məntəqənin  komissiya üzvləri təlimlərə qatılıblar. Məqsəd onların yaddaşını yeniləmək, komissiyalara Seçki Məcəlləsinə uyğun olaraq seçki günü işlərini necə qurmağı başa salmaqdır”. […]

Veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı başa çatıb

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq Yaşar Məmmədzadə adına şəhər stadionunda veteran futbolçular arasında mini-futbol üzrə şəhər çempionatı keçirilib. Çempionatda dörd komanda İsveçrə sistemi üzrə mübarizə aparıb. Çempionatın final mərhələsində “İşıqlı gələcək” komandası ilə “Referi” komandası görüşüb. Gərgin mübarizə şəraitində keçən oyun 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qalib müəyyən […]

Mingəçevirin təhsil işçiləri ötən ilki tədris ilini necə başa vurublar?

Sentyabrın 6-da Mingəçevirin təhsil işçilərinin ənənəvi sentyabr konfransı baş tutub. Ümumtəhsil məktəbililərinin əl işlərindən ibarət sərgi  və özfəaliyyətinə baxışdan sonra konfrans öz işinə başlayıb. Təhsil şöbəsinin müdiri Sahib Məmmədov  “2015-2016-cı dərs ilinin yekunları və Mingəçevir şəhər təhsil işçilərinin qarşıda duran vəzifələri”nə dair hesabat  verib. Bildirib ki, ötən dərs ilində 19 tam orta məktəb, 2 lisey […]

Mingəçevirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə çoxmənzilli binaların idarə olunmasına başlandı

“Əslində camaat əmlaka bütünlüklə sahib olmaq niyyətindədir, sadəcə bəzi narahatlıq doğuran məsələlərə görə yükün altına girməyə risk eləmir. Mingəçevirdə ən təzə binanın 30-dan çox yaşı var. Hələ 50-60 yaşlı binaları demirəm.  Yəni əksər binaların əsaslı təmirinə ehtiyac duyulur. Qorxuruq ki, idarəetməni öhdəmizə götürək,  bundan sonra kömək edən olmasın”. Bu fikirləri Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin […]