2015-ci ildə mövcud olan əsas fondlar
Mingəçevir respublikanın istər əhalisinin sayına, istər iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, həm də əsas sənaye mərkəzlərindən biridir. Digər regionlarla müqayisədə Mingəçevir şəhərində sənaye məhsulunun çeşidi daha çoxdur. Şəhər sənayesinin əsasını elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, qida məhsullarının istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, maşın və avadanlıqların istehsalı sahələri […]