Browsing monthly archive

Avqust 2016

“Eko-TES” növbəti layihəsini başa çatdırdı

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Biomüxtəlifliyin qorunması ərzaq təhlükəsizliyi və sağlamlığımızın əsasıdır” adlı layihəsi çərçivəsində şəhər sakinləri ilə görüş keçirib. Birliyin və layihənin rəhbəri Çingiz Nəzərov bildirib ki, biomüxtəliflik təkcə ekoloji amil deyil, həyat və yaşayış üçün əsas amillərdən biridir: “Biomüxtəlifliyin […]

Göyçayda narçılığın inkişafı üçün gənclərin bacarıqları artırılır

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihəsini uğurla icra edir. Layihə çərçivəsində avqustun 23-də Göyçay Gənclər Mərkəzində narçılıq sahəsi üzrə fəaliyyət göstərən fermerlərin, kənd təsərrüfatı mütəxəssislərin, təhsil işçiləri və gənclərin iştirakı ilə görüş keçirilib. Tədbirdə layihənin əlaqələndiricisi Nahid […]

“Təmiz Kür”

Qloballaşan dünyanın qabaqcıl problemlərindən biri olan daxili suların təhlükəsizliyi və təmizlənməsi ölkəmiz üçün də proritet məsələdir. Bu amil bu sulardan istifadə edən, xüsusilə də Mingəçevirin əsas su mənbələrindən biri olan Kür çayının ətrafında yaşayan insan həyatının sağlamlığı üçün vacib şərtdir. Layihənin əsas məqsədinə uyğun olaraq, təşkil olunan təlimlərdə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik […]

Mingəçevirdə referenduma hazırlıqla bağlı ardıcıl işlər görülür

Avqustun 23-dən 47 saylı Mingəçevir seçki dairəsi üzrə DSK  üzvləri və məntəqə seçki komissiyalarının  sədrləri üçün üç günlük ixtisaslaşdırılmış  kurslara başlanıb. DSK sədri  Oktay Məmmədov bildirib ki, Mərkəzi Seçki Komissiyasının  tədbirlər planına və təlimatına  uyğun olaraq Mingəçevirdə, xüsusən seçki məntəqələrində  referenduma   hazırlıqla bağlı ardıcıl işlər görülür. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siaysi və humanitar […]

Jurnalistlər sentyabrda Nabrana toplaşacaqlar

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində 10-11 Sentyabr 2016-cı ildə Nabranda “GENDER HÜQUQU: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda jurnalistlər üçün 2 günlük seminar keçirəcəkdir Seminarda iştirakla bağlı müraciət (CV ilə) üçün son tarix: 05 Sentyabr 2016-cı il Ətraflı məlumat almaq üçün GIZ-in layihə ofisinə müraciət etmək olar. Əlaqələndirici şəxs: Şakir […]

Şəkidəki muzeydə qanımız niyə qaraldı?

Məzuniyyətimizi xaricdə deyil, respublikamızın səfalı güşələrindən biri olan Qaxda keçirmək təklifini bir qədər tərəddüdlə qarşıladım. Orda yaşayan qohumlarımızı ziyarətə gedəndə bölgəni o qədər də xoşlamırdım. Lakin 20 günə yaxın bir zaman kəsiyində Qax rayonunun tarixi memarlıq abidələrini, meşələrini, şəlalərini, bulaqlarını çox sevdim. Aydərəsi, Mamırlı şəlalə, İlisu şəlaləsi… Avqustun 3-də isə  Şəkiyə səyahət etməyə qərar verdik. […]

67 yaşlı mingəçevirli velosipedçi 70 günlük səfərdən döndü

Avqustun 8-də velosipedçi Abid İsmayılov 70 günlük səfərini başa vuraraq, Mingəçevirə dönüb. O, may ayının 29-da Mingəçevirdən çıxaraq,  Dağıstan, Çeçenistan, Krasnodar, Soçiyə, Batumi marşrutu ilə hərəkət edib, iyulun 27-də Qazax istiqamətindən Azərbaycana daxil olub. “Bu müddətdə bir çox çətinliklərlə qarşılaşdım. Hətta velosipedimi də oğurladılar, məcbur olub, təzəsini aldım. Lakin bütün bunlar, nə yağış, nə külək […]

Goranboyda işıqforlar sürücülərdə çaşqınlıq yaradır

Goranboyda 5 yol kəsişməsində  işıqforlar quraşdırılıb. Onların 2-də- Rayon İcra Hakimiyyətinin və Telekommunikasiya Qovşağının yanında  (Heydər Əliyev prospektində) 7 il əvvəl  quraşdırılan elektron işıqforların aşağı hissəsində saniyə göstəricisi həmişə qırmızı rəngdə olur. Həmin işıqforlar Çin  istehsalıdır və respublikada elektron işıqforlar təzə qoyulan zaman  quraşdırılıb. Mütəxəssislərin dediyinə görə. həmin saat mexanizmini işıqlandıran işıq diodları qırmızı rəngdədir. […]

Nar bağlarının effektiv idarəedilməsi üçün

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması”  layihənin icrasına başlayıb. Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi modul hazırlanacaq və  regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək. Xüsusilə layihənin icrası zamanı  Göyçay regional […]

“Təbii gözəlliyin başlanğıcı sağlam yaşam tərzidir”

Gözəllik, sadəcə kosmetik məhsullar və makiyaj vasitəsi ilə yaranmır. Təbii gözəlliyin yerini heç bir kosmetik vasitə verə bilməz. Qadınlar hər an gözəl görünmək istəyir.                Deyirlər, çirkin qadın olmur. Sadəcə, gözəl görünməyi bacarmayan qadınlar var. Bu, həqiqətdir ki, özünə baxmayan qadınlar var. Gündəlik qayğılar içində itib-bataraq yaraşıqlı görünməyi unutmaq bağışlanılmazdır. Elə bir qadın yoxdur ki, dəblə […]