Browsing monthly archive

İyun 2016

Mingəçevirdə “Fitnə” filminə baxış keçirilib

İyunun 17-də şəhər ictimaiyyəti Mingəçevir Gənclər Evində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan  “Fitnə” filminə baxıb. Tərbiyəvi əhəmiyyətə malik olan film dini radikalizm və ona qarşı mübarizədən, gənclərin bəzi təsirlər altına düşərək Suriyaya getməsi və sonda peşimançılıqla üzləşməsindən bəhs edir. İHB aparatında dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev bildirib ki, “Fitnə” filmini […]

Mingəçevir turizmin inkişafına önəmli töhfə verə bilər

Ənənələrin bərpa edilməsi vacib şərtdir Mingəçevir şəhərinin yerləşdiyi coğrafi şərait, bu qədim və müasir yaşayış məkəninin tarixi özəllikləri, əhatəsinə daxil olduğu flora və fauna zənginliyi və ən əsası beynəlmiləlçilik prinsipinə söykənən mədəni dəyərləri onu turizm həvəskarları üçün ən cəlbedici ünvanlardan birinə çevirib. Mingəçevir şəhəri və ona bitişik coğrafi ərazidə fəaliyyətdə olmuş  çimərlik və quş ovu […]

Milli qurtuluş günü şəhərimizdə qeyd edilib

15 iyun Milli Qurtuluş günü münasibəti ilə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilib. Əsaslı şəkildə yenidən qurulan Füzuli adına parkın açılış mərasimində yüzlərlə şəhər sakini iştirak edib. Parkla tanışlıqdan məmnun qalan mingəçevirlilər bayram günündə ikiqat sevinc hissi keçirib, qayğıya görə  şəhər icra hakimiyyətinə və ölkə başçısına minnətdarlıq ediblər. Daha sonra Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə […]

MTK-da Milli Qurtuluş Günü

Mingəçevir Turizm Kollecinin fənn birliyi komissiyalarında  keçirilən müzakirələrdə, dəyrimi masa ətrafı söhbətlərdə, tələbələr arasında təşkil olunmuş rəsm və inşa müsabiqələrində müstəqil Azərbaycanın qurucusu və əvəzolunmaz lideri Heydər Əliyevin  xalq və dövlət qarşısında misilsiz xidmətlərindən bəhs olunub. Bundan sonra ”Daim qürur hissi ilə xatırlayacağımız  xilaskar”  adlı elmi-nəzəri konfrans keçirlib. Mingəçevir Turizm Kollecinin  direktoru, iqtisad elmləri doktoru, […]

Qanun ev qulluqçularını tanımır

“Son 18 günün pulunu ala bilmədim” “Rayonda  yaxşı evimiz vardı. Yoldaşım sürücü  və mən isə baş  mühasib idim. Hər  şeyimiz vardı, bircə… Bir  oğlumuz  vardı, onu da çox ərköyün böyütmüşdük. Tək uşaq olduğundan atası ona istədiyini alır, cibinə pul qoyurdu. Naz-nemət içində saxlayırdıq. Son vaxtlar axşam evə qayıdanda övladımın hərəkətlərindən baş aça bilmirdim.  Heç nə […]

“AzNar” QSC İsmayıllıda təbii fəlakətdən ziyan çəkən ailələrə maddi yardımlar göstərir

İsmayıllı rayonunda güclü selin yaratdığı təbii fəlakətin nəticələri aradan qaldırılır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, sel suları rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verlişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin […]

Mingəçevirdəki 4 saylı məktəb 32 nəfər bitirir

İyunun 14-də Mingəçevirin 4 saylı məktəbində məzunlar məktəblə vidalaşıblar. Mahnı sədaları altında addımlayan məzunlar şeir, mahnı oxumaq, rəqs etməklə son zəng tədbirinə rəngarənglik qatıblar. Məktəbin direktoru Azər Qazıyev təhsil müəssisəsinin ilbəil artan uğurlarından söhbət açıb. O, deyib ki, burdakı müəllimlərin əməyi hədər getməyib, çünki ötən tədris ilində məktəbi bitirən məzunlar hazırda ən yüksək reytinqli ali […]

Çexiyada Azərbaycan multikulturalizmi

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində sözügedən fənnin keçildiyi dünyanın 13 nüfuzlu ali təhsil müəssisəsi  sırasında Çexiyanın paytaxtı Praqada yerləşən Karlov Universiteti də var. “Azərbaycan multikulturalizmi” fənnini bu ilin yaz semestrində həmin universitetdə tədris edən Roza Şəfiyeva ilə bugünlərdə tədrisin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği istiqamətində […]

Mülki-hüquqi müqavilə və ya müddətli əmək müqaviləsi daimi işçinin həyatından nəyi oğurlayır?

“6 aylıq müqaviləyə qol çəkməliydim, üstəlik  2 ərizə yazmalıydım” Qarabağ döyüşlərində sağlamlığını qismən itirən Məhəmməd  Nəzərov uzun illərdir ki,  Mingəçevirin böyük sənaye müəssisələrindən birində mühəndis kimi çalışır. Onun dediyinə görə,  müdiriyyət üçün arzuolunmaz işçiyə çevrildiyindən məhkəmə çəkişmələrində qalıb: “Mənə və başqa iş yoldaşlarıma qarşı təzyiqlər bir neçə ildir ki, davam edir. Məsələ bundadır ki, daimi […]

Aprel ayının qalibiyyət savaşı

“Teymur evlənməyi yox, şəhidliyi seçdi…” Aprel hadisələrində  Mingəçevir üç şəhid verdi: Teymur Sabir oğlu Qasımov,  Adil Kamran  oğlu Adilzadə və  Rüstəm Oruc oğlu  Əhmədov. Onların hər üçü Talış kəndi  istiqamətindəki  yüksəklik uğrunda gedən döyüşlərdə  həlak oldu və  böyük insan izdihamının müşayiətilə  şəhərin  mərkəzindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı . Teymur və Adil  ölümündən sonra Azərbaycan Prezidentinin […]