Browsing daily archive

İyun 9, 2016

“İşıqlı Gələcək” şəhər birincisi oldu

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mayın 26-dan iyunun 7-dək Yaşar Məmmədzadə adına şəhər stadionunda futbol üzrə müəssisə, təşkilat və MİS-lərin komandaları arasında şəhər birinciliyi keçirilib. Yarışın əsasnaməsinə uyğun olaraq, iki yarımqrupda 10 komanda dairəvi sistem üzrə mübarizə aparıb. Qrupda 1-2-ci yeri təmin etmiş komandalar yarımfinal və final oyunlarına vəsiqə qazanıblar. İyunun 7-də […]

MDU-da yaz imtahan sessiyasına başlandı

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının qanunvericiliyin tələblərinə uyğun səviyyədə keçirilməsi məqsədilə professor-müəllim heyətinin iştirakı ilə genişləndirilmiş iclası keçirilib. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllim və nəzarətçilər qarşısında ciddi tələblər qoyub, imtahanların əsasnaməyə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Pedaqoji heyəti maraqlandıran […]

İcra başçısı sakinlərlə səyyar görüş keçirib

İyunun 8-də  Mingəçevir şəhərində, Nizami küçəsindəki 12 və  10/37, Nərimanov prospektindəki  41 saylı binaların sakinləri ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səyyar görüş keçirib. Başçı yerli əhalinin problemləri ilə yaxından tanış olub və onların  aradan qaldırılması üçün aidiyyatı orqanlara tapşırıqlarını verib. Görüşdə  şəhərdə davam etdirilən quruculuq işlərinin əhəmiyyəti yüksək qiymətləndirilib. Bildirilib ki,bir neçə […]

Fransalı qonaq Mingəçevir Turizm Kollecində

Mingəçevir Turizm Kolleci zəngin beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi tanınır. “Tempus” proqramı çərçivəsində fəaliyyətini genişləndirən kollec bir neçə ildir ki, Fransanın Qrenobl Akademiyası və Almaniyanın Yade universiteti ilə birgə layihələrə də qatılıb. Layihəyə uyğun olaraq mütərəqqi təhsil metodlarının mənimsənilməsi, kollecdə tədrisin bir sıra istiqamətlər üzrə ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması, ikili diplomların tanınması […]

“Danışan rənglər”in Mingəçevirdə sərgisi təşkil olunub

Iyunun 8-də Mingəçevir  Dövlət  Rəsm Qalereyasında meksikalı rəssam Margarita Moralesin “Rəngin simfoniyası” adlı sərgisi açılıb. Sərgi Meksikanın Azərbaycandakı səfirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mədəniyyət vəTurizm Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil olunub. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Mingəçevirin nəinki sənaye və energetika üzrə, həm də təhsil və mədəniyyət sahələri üzrə də tanındığını deyib. O, […]