Browsing monthly archive

İyun 2016

“Jurnalistlərin çörək ağacı” barədə regiondakı KİV nümayəndələri nə bilirlər?

İyunun 29-da Mingəçevirdəki “Kür” oteldə  Avropa Şurasının  və Avropa İttifaqının birgə layihəsi çərçivəsində “İfadə azadlığı və şəxsi həyata hörmət” mövzusunda tədbiri baş tutub.  Layihə rəhbəri  Pərvanə Bayramova və Mətbuat Şurasının sədr müavini  Müşfiq Ələsgərli ölkədə KİV-in mövcud durumuna qısa nəzər salaraq, media üçün layihənin əhəmiyyətindən danışıblar. Media eksperti Ələsgər Məmmədli “İfadə azadlığı və şəxsi həyata […]

Elman Lələyev “Tərəqqi” medalına, İlham İsmayılov isə “Fəxri diplom”a layiq görüldülər

İyunun 23-də Mingəçevirin  dövlət qulluqçuları Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzdükdən sonra şəhər İcra Hakimiyyətinə gəliblər. İH başçısı Niyazi Bayramov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O, vurğulayıb ki, bu bayram 10 il əvvəl Azərbaycan  Prezidenti  İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. Azərbaycanda müasir […]

Bələdiyyə Qarabağ qazilərinə yardım göstərdi

Mingəçevir  Bələdiyyəsindən aldığımız məlumata görə,  Qarabağ Qaziləri İctimai Birliyi Mingəçevir şöbəsinin idarə heyati yeni ofislərinin təmiri üçün bələdiyyəyə müraciəti etmişdi. “Biz  bütün seçicilərimiz kimi qazilərin də müraciətinə həssaslıqla yanaşdıq. Bələdiyyə tərəfindən otağa plastik pəncərə quraşdırıldı,  təmiri üçün lazım olan tikinti materialları alınaraq, qazilərə verildi. Az vaxtda ofis təmir olunraq, iş üçün hazır vəziyyətə gətirildi”-Bələdiyyə sədri […]

Mingəçevir Turizm Kollecini bu il 500-dən artıq gənc bitirdi

Azərbaycanda Turizminıinkişafına ixtisaslı kadr hazırlığı ilə önəmli töhfə verən Mingəçevir Turizm Kollecinin kollektivi  24 iyun 2016-cı ildə  onuncu dəfə  məzunlarını yola saldı. Yüzlərlə gənc xüsusi geyimlərdə kollec meydanını bürüyərək, çətin və maraqlı təhsil illərinə “əlvida”, həyatlarının yeni dönəminə isə  salam söyləmək üçün sevinc və fərəh içində bir araya gəldi. Təbriklərin, mahnı və rəqslərin müşayiəti ilə […]

“Polis rəisi, prokuror, hakim, qərar verəndə tələsməyin…”

MDU-nun iclas salonunda keçirilən dinləmədə  İnsan hüquqları üzrə müvəkkil E.Süleymanova söhbətinə  ordumuzun aprel döyüşlərindəki qələbəsini yada salmaqla başlayıb: “Azərbaycanlıların böyük şücaətini, xalqla ordunun vəhdətini müşahidə etdik. Xüsusən şəhid qadınların və  anaların qürurunu gördük. Ölkə başçısının xanımı ilə birgə təmas xəttini qarış-qarış gəzməsi  bu insanlara ruh gətirdi. İnanın ki, sizin hər biriniz də gəlsəniz, döyüşçülər bağrına […]

BMT xəttilə Göyçayda narçılıqla məşğul olan fermerlər üçün seminar təşkil edilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi” çərçivəsində iyunun 22-də Göyçay rayonunda narçılıqla məşğul olan fermerlər üçün seminar təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə keçirdiyi bu seminarın təşkil edilməsində əsas məqsəd fermerlərə dünyada ekoloji cəhətdən təmiz kənd […]

Təhsildə alternativ dərsliklərə ehtiyac varmı?

Iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə  İctimai Problemlərin Tədqiqi Assosiasiyası “Alternativ dərsliklərlə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan təhsil sisteminə tətbiqinə dəstəyin verilməsi” mövzusunda seminar keçirib.Seminarda bu günkü dərsliklərdə olan nöqsan və çatışmazlıqlar və alternativ dərsliklərə duyulan ehtiyacdan söhbət açlılıb. İctimai Problemlərin Tədqiqi Asossiasiyasının sədri Məhərrəm Zülfüqarlı alternativ […]

17 yaşlı gənc suda boğuldu

İyunun 18-də İsmayılov İntiqam Arif oğlu dənizdə boğularaq həyatını itirib. İntiqam İsmayılov Ağdam rayon məcburi köçkünüdür. 17 yaşlı mərhumun nənəsi Rəfiqə Qurbanova bildirib ki, nəvəsi 4 il əvvəl atasını, 3 il sonra isə anasını itirib: “İntiqamın səhər tezdən evdən xəbərsiz çıxdı. Bir azdan qapı döyüldü, qonşudan bir kişi İntiqamın evdə olub-olmadığını soruşdu. Sonra heç nə […]

Mingəçevir futbolunun qızıl səhifəsi

Ötən əsrin 60-cı illərinin  ortaları idi. Gənc sosialist  şəhəri Mingəçevir  özünün  inkişaf  dövrünü yaşayırdı. Yeni-yeni sənaye  müəssisələri, sosial- mədəni obyektlər tikilib isifadəyə verilir, park və xiyabanlar salınırdı. Öz təmizliyi ilə seçilən şəhərimiz ilbəil   libasını dəyişir, adambaşına düşən yaşıllığa görə nəinki  respublika, keçmiş ittifaq göstəriciləri üzrə öncül  yerləri tuturdu. Cəmi 50 min əhalisi olan şəhərdə 30-dan […]

Mingəçevirin tibb işçiləri növbəti peşə bayramında

Öncə kollektiv Mərkəzi Xəstəxanada Heydər Əliyevin büstü qarşısına gələrək, ümummilli liderin xatirəsini yad edib və önünə  çiçək dəstələri düzməklə ehtiramlarını bildiriblər. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev Azərbaycan səhiyyənin keçdiyi böyük inkişaf tarixindən danışıb: “Bu bayram ulu öndərin tibb işçilərinə verdiyi bir hədiyədir. Bu gün bu ənənə ümummilli liderin layiqli davamçısı İlham Əliyev […]