VƏFASIZ YÜSİFİM, MƏLƏK YÜSİFİM
Yusifim, qardaşımın ciyərparası mələk kimi uçub getdi, ay ellər. Ata-anamın, qardaşlarımın, Sunayımın, Gülərimin Yusifini üç gündür yer-göy də ağlayır. İki il altı ay ürəyimizin, ruhumuzun,ömür-günümüzün qonağı oldu. Heç bilirsinizmi, körpə ölümü nədir? Bilməyin, aman Allah. Fələk balamı qəfil yaxaladı. Bir göz qırpımında. Lənətə gəlsin, LEYKOZU. Ötən il ürəyimə yara vurmuşdu. Uşaqlıq dostum, can yoldaşım, qardaşım […]