Browsing monthly archive

Aprel 2016

Ata oğlununun cənazəsi bürünmüş Azərbaycan bayrağını köksünə basdı

1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olmuş Əhmədov Rüstəm Oruc oğlu dünən  minlərlə mingəçevirlinin iştirakı ilə torpağa tapşırıldı. Şəhidin ruhuna dualar oxunduqdan sonra cənazə namazı qılındı. Şəhidimiz Tərtər rayonunun Talış kəndində qəhrəmancasına həlak olub. Rüstəm Əhmədov Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu olub. Ailəlidi, iki övladı var. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi […]

Sakinlər İcra Hakimiyyətinin başçısından nə istədilər?

Aprelin 13-də  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun yerli sakinlərlə səyyar görüşü olub. Görüşdə bir çox məsələlər müzakirə edilib. Başçı abadlıq-quruculuq işlərindən,  küçələrin daha da müasirləşdirilməsindən, sənaye parkının yaradılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədilə atılan addımlardan danışıb, sakinləri açıq və səmimi dialoqa dəvət edib. Heydər Əliyev, İsmət Qayıbov, Dilarə Əliyeva, Həzi […]

Mingəçevir Turizm Kolleci Beynəlxalq Sərgidə uğurla təmsil olundu

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə   hər il  ölkə paytaxtında düzənlənən  Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ildən-ilə  maraq artır. Bunun bir göstəricisi də odur ki, iştirakçı dövlətlərin, həmçinin  şirkət və müəssisələrin  hüdudları  yeni  coğrafiyalara uzanır. Bu günlərdə başa çatmış və sayca  15-ci olan sərginin önəmi və perspektivləri  növbəti dəfə  hər bir iştirakçıda  ən […]

Startap Azərbaycan Mingəçevirə gəldi

Aprelin 12-də Mingəçevir şəhərində Startap Azərbaycan layihəsənin nümayəndələri tələbələrlə görüşüb. Görüş Mingəçevir Dövlət Universitetində (MDU) baş tutub. Tədbirdə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan haqqında və ölkədə startap ekosisteminin inkişafı barədə məlumat verib. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və digər rəsmi qurumlar və şirkətlər tərəfindən dəstəklənən Startap Azərbaycan […]

Mingəçevirli şəhid atası: “Təki Vətən sağ olsun”

Torpaqlarımızın bötövlüyü uğrunda şəhid olmuş  Adil Kamran  oğlu Adilzadə ilə dünən on minlərlə mingəçevirli vidalaşdı. Onlar vətənpərvərlik şüarları səsləndirdilər. Mingəçevir Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov  şəhidlərin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daima uca tutulduğunu vurğuladı, Silahlı Qüvvələrimizin qüdrətindən danışdı. Şəhər Veteranlar Şurasının sədr müavini Tahir Məmmədov “Başını dik tut, şəhid anası” dedi. Səfərbərlik və […]

Bir qız ağlayırdı için-için, gizlin-gizlin, xısın-xısın…

Bu gün iş gününün sonunda yolumu yenidən Şəhidlər Xiyabanından saldım.  Üç gün ərzində iki şəhidimizin-Teymur Qasımov və Adil Adilzadənin dəfn mərasimi üçün  insanların axışdığı, “Qarabağ bizimdi, bizim olacaq!”,  “Şəhidlər ölməz, Vətən bölünməz!” nidalarından lərzəyə gələn bu məkan indi dərin səssizlik içindəydi.  Bir neçə gənc yeni salınmış məzarların ətrafında məlum hadisələri müzakirə edirdilər. Bir kənarda dayanıb […]

Bəy kostyumu evdə asılı qaldı

Qasımov Nuran Sabir oğlu qardaşı Teymur haqqında danışarkən göz yaşlarını saxlaya bilmirdi. Onun çəkdiyi iztirab sifətinin cizgilərindən oxunurdu: “Qardaşım Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Üç gün döyüş  apardıq, bu üç gündə kifayət qədər torpağımızı azad etdik. Düşmən tərəfdən çoxlu itki verildi. Ağır döyüşlər gedirdi. Ermənilərdən müqavimət görmədik. Biz irəlilədikcə onlar […]

Bataqlığı yaşıllığa çevirdik

Оğuz rаyоnunun Sincаn kəndinin kənаrındаn kеçən mаgistrаl yоldаn ötənlərin diqqətini bir xidmət оbyеkti cəlb еdir. “Kаmil”  mаrkеt аdlаnаn bu müəssisədə kənd sаkinlərinə və Qəbələ-Оğuz mаgistrаl yоlu ilə gedib-gələn insanlara ticаrət xidməti göstərilir. Sucаq, bаtаqlıq ərаzi 2005-ci ildə qurudulub, qаydаyа sаlınıb və üzərində söhbət gеdən mаrkеt tikilib. Ən başlıcası isə, ətrafıı yaşıl libasa bürünüb. Mаrkеtin sаhibi […]

MDU-da elmi konfrans təşkil ediləcək

Mingəçevir Dövlət Universiteti şəhər Təhsil şöbəsi ilə birgə 22-23 aprel 2016-cı ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda respublika elmi konfransını təşkil edəcək. Konfrans aprelin 22-də saat 11-də işinə başlayacaq. Ünvan: AZ4500, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 21. Mingəçevir Dövlət Universiteti

Mingəçevirli gənclər Milli Orduya dəstək aksiyası keçirib

Qoşunların təmas xəttində Azərbaycanın üstünlüyünü təmin edən və düşmənə sarsıdıcı zərbələr vuran ordumuzun yanında olduqlarını bəyan edən yüzlərcə mingəcevirli gənc könüllü olaraq mərkəzi şəhər stadionuna toplaşıb. Migəçevir Dövlət Universitetinin, Tibb və Turizm kolleclərinin, peşə məktəbinin tələbələri, YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin üzvləri ermənilərin cəbhə xəttindəki növbəti təxribatını kəskin pisləyiblər. Mingəcevir Gənclər və İdman idarəsinin […]