Browsing monthly archive

Aprel 2016

Çernobıl faciəsinin 30-cu ildönümü Mingəçevirdə qeyd edilib

DİİXİHİ Mingəçevir Şəhər Komitəsinin maddi dəstəyi ilə Çernobıl qəzasının 30-cu ildönümü çay süfrəsi arxasında qeyd olunub. Çernobıl əlilləri adından çıxış edən Fizuli Əsədov bildirib ki, bu,  XX əsrin ən böyük faciələrindəndir, qazəanın qarşısının alınmasında saysız-hesabsız insanlar, o cümlədən azərbaycanlılar  öz sağlamlıqlarını əsirgəməyiblər. Mingəçevir İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Sahib Əliyev deyib […]

Mingəçevirdəki Mərkəzi Kitabxanada mədəni tolerantlıq müzakirə olunub

Mingəçevir İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Sahib Əliyev “Tolerantlıq dövlətimizin əsas siyasətidir”, MKS-nin direktoru Etibarə Babayeva “Multikulturalizm və kitabxanalar”, 10 saylı məktəbin tarix-ictimayyət müəllimi Yeganə Bədəlova “Azərbaycan Respublikasında multikulturalizm siyasəti və milli-mənəvi dəyərlərin inkişafı yolları”, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”, oxu zalının müdiri Gülnar Bağırova […]

MDU-da ümummilli liderin xidmətlərindən danışıldı

Mingəçevir Dövlət Universiteti, Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü  “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri”  mövzusunda respublika elmi konfransı ilə qarşılayıb Öncə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə mərdlik və cəsarətlə vuruşan və şəhidlik zivəsinə ucalan əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş […]

Mingəçevirdə Ramiz Dadaşovun xatirəsinə yarış keçirilib

Aprelin 23-24-də Mingəçevirdə  yeniyetmə və gənclər arasında  kayak və kanoe üzrə açıq şəhər birinciliyi  keçirilib. Uşaq Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutan idman bayramı  UGİM-ın ilk məşqçi müəllimi, Mingəçevirdə avarçəkmə idmanının inkişafında böyük xidməti olan  Ramiz Məhərrəm oğlu Dadaşovun xatirəsinə həsr edilib. Açılış mərasimində bu barədə ətraflı danışılıb.   Mingəçevir İcra Hakimiyyətinin və yerli Bələdiyyənin […]

Mingəçevirlilər narkotiklərə yox deyirlər

Aprelin 23-də  Heydər Əliyev Mərkəzində  dövlət və ictimaiyyət nümayəndələrinin iştirakilə “Narkotiklərə yox deyək” adlı tədbir keçirilib. Öncə Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət proqramının xüsusiyyətləri barədə danışıb: […]

QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni üzvləri bəlli oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraqqərara […]

Mətbuat Şurasında jurnalistin əl işləri nümayiş olunub

Bu məqsədlə keçirilmiş mərasimdə çıxış edən MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov T.Vəfalını istedadlı jurnalist kimi xarakterizə edib. «Bu gün onun dostları bu sərgiyə toplaşıblar. Nümayiş olunan əl işlərində mövzu rəngarəngliyi özünü göstərməkdədir. Təbriz jurnalist kimi müxtəlif mövzulara müraciət etdiyi kimi, istedadlı memar kimi də eyni dəst-xəttə malikdir», – deyən MŞ sədri T.Vəfalını rəhbərlik […]

Mingəçevir Bələdiyyəsində “iş yerində stress və kollektiv çağırış” mövzusunda regional müşavirə keçirilib

Aprelin 28-i Ümumdünya əməyin mühafizəsi günüdür. Bununla əlaqədar aprelin 15-də Mingəçevir Bələdiyyəsində həmkarlar təşkilatlarının regional müşavirəsi keçirilib. AHİK-in əməyin mühafizəsi üzrə şöbə müdirinin müavini Əli Mədətov və baş texniki, əmək müfəttişi Əliş İbrahimov, Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev stressin sağlam həyatın düşməni olması, streslə mübarizə aparmağın yolları, işdə stressin qarşısının alınması, iş prosesinin düzgün […]

Mingəçevirdə Əfqanıstan veteranları İlqar Rüstəmovun anım gününə toplaşıblar

Aprelin 15-i Əfqanıstan müharibəsində həlak olmuş İlqar Rüstəmovun anım günü idi. Bununla əlaqədar Əfqanıstan veteranları keçmiş döyüşçünün məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra İlqar Rüstəmovun adını daşıyan 5 saylı orta məktəbdə şagirdlərlə görüş keçirilib. Əfqanıstan Veteranları İctimai Birliyinin Mingəçevir nümayəndəsi Elşən İbrahimli Azərbaycan oğullarının qəhrəmanlığlından söhbət açıb: “Bu günlərdə üç şəhid verdi […]

Ədalətin bərqərar olunması üçün toplanan səslər 100 mini ötsə də…

Mingəçevir Dövlət Universitetində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) start verdiyi “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” adlı layihəsi müzakirə edilib. MDU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə  universitetin prorektoru, dosent Rövşən Əliyev petisiyanın əhəmiyyəti barədə məlumat verib. AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli bildirib ki, Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA […]