Browsing monthly archive

Aprel 2016

Mingəçevirlilərin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlər alması mümkünmü?

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndələrinin rəhbərləri  Akif Abbasov və Rəşad Abbasov  Mingəçevirdə olublar. Onlar sənaye və istehsal fəaliyyəti göstərən sahibkarlar və sahibkarlığa yeni başlayanlar üçün təlim keçiblər. Mingəçevirdə Sahibkarlığa Dəstək İctimai Birliyinin qərargahında baş tutan təlimdə sənayenin brendləşməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, biznes planların və investisiya […]

Professor Əyyub Əyyubovun adı mötəbər ensklopediyada yer alıb

Bu günlərdə Rusiyadan professor Əyyub Əyyubovun ömür və fəaliyyət yolunda əlamətdar hadisə kimi tarixləşəcək müjdəli xəbər daxil olub. Avropa  Tətbiqi  Elmlər Akademiyasının Rusiya nümayəndəliyi tərəfindən ardıcıl olaraq hazırlanıb nəşr olunan “Velikaya Rossiya”  Bioqrafik Ensklopediyasının 23-cü cildində Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun  həyat və fəaliyyəti barədə ensklopedik məlumatlar  da əksini tapıb. […]

“Sevinc” rəqs qrupu Türkiyədə olub

Uşaq Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin rəhbəri Mələk Tağıyeva deyib ki, 23 Nisan – Ata Türkün 1923-cü ildə təsis etdiyi Dünya Uşaq bayramıdır: “20 nəfərlik heyətlə qardaş ölkədə olduq. Tərkibdə 12 uşaq, 2 müəllim, 8 valideyn vardı. Festival Sarıyel Bələdiyyəsi tərəfindən təşkil olunmuşdu”. Mələk Tağıyevanın dediyinə görə, müxtəlif ölkələrin iştirak etdiyi festivalda “Sevinc” rəqs qrupunun üzvləri […]

Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib

Bosniya və Herseqovinada-Sarayevo şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib. 25-26 aprel tarixlərində keçirilən və  43 ölkədən  EFJ-yə üzv təşkilatların  qatıldıqları toplantıda  Azərbaycandan  AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Hənkarlar İttifaqı iştirak edib. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə AFJ-nin təşkilati məsələləri həll edilib, növbəti 3 il üçün qurumun prezidenti, vitse prezidenti […]

Zərifə Əliyeva Mingəçevirdə anıldı

Aprelin 26-da YAP Mingəçevir ŞT Qadınlar Şurası  təşkilatın qərargahında akademik, görkəmli oftolmoloq alim Zərifə Əliyevanın anadan olmasının 93-cü illiyinə həsr olunmuş konfrans keçirib. Konfransda Qadınlar Şurasının sədri Nurcamal Əsgərova Zərifə xanımın ömür yolundan, fəaliyyətindən danışıb. O, qeyd edib ki, fitri istedada malik novator alimin, bu pak və nadir insanın mənalı ömrü, şərəfli yolu hər bir […]

Çoxmənzilli binaları özümüz idarə edə bilərikmi?

“Bu gün çoxmənzilli binaların idarə olunmasında, o cümlədən əmlak vergisinin  toplanmasında kifayət qədər problemlər qalmaqdadır. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsinin tələbinə görə, mənzil fondu mənzil mülkiyyətçilərinin  müştərək müəssisələri tərəfindən idarə oluna bilər. Bu sahədə əhalini maarifləndirilməsi  həmin mənzillərin saxlanmasında dövlətin yükünün  azalmasına, eyni zamanda bələdiyyələrin əmlak vergisi toplamasında problemlərinin aradan qalxmasına  […]

Bölmə iclaslarında maraqlı məruzələr dinlənilib

Mingəçevir Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda Respublika Elmi konfransının proqramına uyğun olaraq, 22-23 aprel 2016-cı ildə bölmə iclasları keçirilib. “Milli-mədəni dəyərlər və multikulturalizm” bölməsinə rəhbərlik edən Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent […]

Arif Əsədullayev: “Kamança Azərbaycanın xalq çalğı aləti olaraq mövcud olacaq”

Məktəbin direktoru Namiq Mirzəyev mədəni irsimizin təbliğində bu müsabiqənin rolundan danışıb,  tədbir iştirakçılarına uğurlar diləyib. Azərbaycanın regionlarını da əhatə edən müsabiqədə uşaq musiqi və incəsənət məktəbləri, muaiqi kollecləri və gimnaziyanın şagird və tələbələri 10-14, 14-17 və 18-21 yaş qrupları üzrə iştirak ediblər. Münsiflər heyətiniin sədri  Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə […]

Həyatla ölüm arasında can çəkənlər

30 il əvvəl,  26 aprel 1986-cı ildə  Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da güclü nüvə partlayışı baş verib. Yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib, yerdə qalan hissəsi isə cənuba “sürüklənib”. Nəticədə Azərbaycanda da radioaktiv şüalanmaya məruz qalanlar olub. Eyni zamanda  AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün […]

Düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirilib

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz […]