Browsing monthly archive

Mart 2016

“Hərbi geyim Adilə çox yaraşırdı”

Aprel döyüşlərində şəhid olmuş Adilzadə Adil Kamran oğlu  Azərbaycan Respublikası Prezidentinin sərancamıyla “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Mayın 21-də Heydər Əliyev Mərkəzində keçirilən təqdimetmə mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Adil kimi qəhrəman oğullarımızın xatirəsi daim əziz tutulur: […]

Göyçayda Novruz yarmarkası

Rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə Göyçay şəhərinin mərkəzi küçəsində təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən daha aşağı olan müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, konyak, makaron, geyim əşyaları, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin, 150-ə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı […]

Novruz həsrətli yurdlarımız əkin-biçin, çal-çağır, toy-büsat gözləyir

Su, od,   yel və torpaq ünsürünü  özündə birləşdirən və “Yeni Avesta” təqvimindən başlanan Novruz İslam dininin meydana gəlməsi ilə qadağalarla üzləşib. Amma islami dünyagörüşün Novruzu qəbul etmədiyi şəraitdə Hicri-Şəmsi təqviminin bərpası baş verib. İlin uzunluğunu  365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiə hesab edən türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqi (1072-1092) […]

MTK-da müəllim günü nə ilə yadda qaldı?

MTK-da müəllim günü nə ilə yadda qaldı? “Azərbaycan turizmini təbliğ edə biləcək suvenir hazılığı məsələsi gündəmdə dayandığı üçün istedadlı tələbələrin ideyalarına geniş yer verməliyik” Mingəçevir Turizm Kollecində 5 oktyabr Müəllim günü sözlü-nəğməli bayram tədbiri ilə qeyd olunub. Kollecin direktoru, iqtisad elmləri doktoru professor Əyyub Əyyubov şərəfli peşə sahibləri olan müəllimləri peşə bayramı münasibəti ilə təbrik […]

Mingəçevirdə Dədə-Qorqudla Bahar qız xalqımıza nə dedi?

Qədim el bayramı Səməd Vurğun meydanına toplaşan energetiklər şəhərinin sakinlərinə bahar təbrikləri ünvanlanıb. Çaparlar yaşayış məhəllələrində dövrə vuraraq,  qara zurnanın sədaları altında Novruzun gəlişini müjdələyiblər. El şənliyində diqqətə çatdırılıb ki, əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı yaranmış Novruz bayramı tarixin bütün dövrlərində dostluq,barışıq,təbiətin oyanışı,yazın gəlişi və yeniləşmə rəmzi kimi insanlarda saf niyyətlər, xoş arzular yaradıb. […]

Mingəçevir Turizm Kollecində Novruz coşqusu

Mingəçevir Turizm Kollecinin bayram şənliyində ifa olunan müxtəlif məzmunlu şeirlər, milli və müasir musiqi nümunələri, nümayiş olunan  və özündə obrazlaşdırılmış Novruz qəhrəmanlarını və ənənələrini əks etdirən  maraqlı səhnəciklər, milli oyunlar, yarışmalar və daha nələr-nələr  tədbir boyu ürəkləri fəth edib. Qorqud Ata, Bahar qız, keçəl, kosa, milli geyimli qızların ifasında səslənən folklor nümunələri, kəndir dartısması, yumurta […]

Niyazi Bayramova qara yaxanların niyyəti niyə gözlərində qaldı?

Niyazi Bayramov dörd il əvvəl Mingəçevirə başçı təyin olunub. Bu müddətdə Prezidentin sərəncamı ilə Mingəçevirdə Dövlət Universiteti yaradılıb və şəhərdə Texnoparkın açılması qərara alınıb. “Kür” OTİM-də  I Avropa oyunlarının su növü üzrə yarışları   uğurla təşkil olunub.  Heydər Əliyev Mərkəzinin,  Gənclər Evinin,  Tarix Muzeyinin inşası başa çatdırılıb. İki yeni uşaq bağçası tikilib, Dostluq, Sahil və Fizuli […]

Səyyar görüşdə qaldırılan problemlərə başçı necə reaksiya verdi?

Novruz bayramı ərəfəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin “Tərəvəzçilik sovxozu” adlanan yaşayış massivinin bir qrup sakini ilə səyyar görüş keçirib. Görüş ərazidəki 5 nömrəli orta məktəbin idman zalında baş tutub. Sakinlər onları narahat edən məsələlər barədə şəhər rəhbərinə məlumat veriblər. Onlar əsasən torpaq sahələri və fərdi evlərin sənədləşdirilməsi ilə bağlı çətinliklərlə üzləşmələrindən, qonşular […]

“Rəqs ruhun sirli dili”dir

Yeniyetmə gənclər arasında həyata keçirilən “Rəqs ruhun sirli dili” adlı layihəyə yekun vurulub. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Mingəçevir şəhərində baş tutub. Layihə rəhbəri Humay Baxışovanın məlumatına görə, əsas istiqamət Azərbaycan mədəni irsi olan milli rəqsimizi öyrənmək, araşdırmaq və paylaşmaq olub: “İndiki dövrümüzdə gənclərimizin əksəriyyəti milli rəqslərdən tamamilə […]

Səməd Vurğun: həyat, şəxsiyyət və şeiriyyət dünyası…

Səməd Vurğun poeziyasının ən böyük məziyyətləri barədə    söz     açarkən    öncə    vətəndaşlıq    nümunəsi, vətənpərvərlik duyğuları yada düşür. Səməd    Vurğun   böyük   ideallar,   xalq   ruhunun  tərcümanı olaraq bəşəri ideyalar şairi idi. Şeir – sənət aləminə acılı, şirinli məhəbbət motivləri  ilə gələn şairin yaradıcılığında ilk böyük dönüş “Azərbaycan” oldu. Bu şeir Səməd Vurğunun Vətənə məhəbbətinin etirafı idi. Vətən haqqında […]