Browsing daily archive

Mart 12, 2016

Mingəçevir Turizm Kollecinin rəngarəng həyatı

Beynəlxalq Qadınlar Günü MTK-da          8 Mart münasibətilə düzənlənən tədbirdə Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov qadın əməkdaşların kollecin tədris prosesində və ictimai həyatında fəal rol oynadıqlarını, naliyyətlərə böyük tohvə verdiklərini  nəzərə çatdırıb. Zərif cinsin nümayəndələrini təbrik edən professor   təbrik rəmzi olaraq xanımlara tər çiçək dəstələri təqdim edib, büdcədənkənar vəsait hesabına onların mükafatlandırılacağını elan edib. […]

Mingəçevirdə bayram şənliyi Səməd Vurğun meydanında keçiriləcək

Mingəçevir bələdiyyəsi Novruz bayramı münasibəti ilə təşkil edilən ümumşəhər tədbirlərinin keçiriləcəyi S.Vurğun meydanında və parkında abadlıq-təmir işlərinə başlayıb. Park və bağ süpürülür, ağaclar budanır, meydan boyu bordürlər rənglənir, ölkə əhəmiyyətli abidə olan qapı tağları təmir olunur. Xalq şairimiz S.Vurğunun heykəli, heykəlin pedestalı yuyulub təmizlənir. Parkın giriş hissəsindəki yaşıllıq və gül kolları səliqəyə salınır. Təmir-abadlıq işləri […]

Mingəçevirdəki musiqi müəllimlərinin bayram sürprizi

Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan bayram konserti fərqliliyi ilə yadda qaldı. Tədbir zalı çiçəklərlə bəzənmışdi. Bu dəfə şagirdlər dünya və Azərbaycan bəstəkarlarının əsərlərini  doğma müəllimlərinin ifasında dinləyib,  ruhlandılar. Hər bir müəllim öz ifası ilə örnək oldu. Polad Osmanov, Elnarə Qarayeva, Dilbər Qurbanova, Pərvanə Soltanova, Nərmin Nəsibova, Fidan […]

İdman bayramına 500-dən artıq mingəçevirli qatılıb

Mingəçevir şəhərində  Bədən Tərbiyəsi və İdman günü münasibətilə Gənclər və İdman İdarəsi müxtəlif tədbirlər təşkil edib. Ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə birincilik, 2002-2003-cü il təvəllüdlü yeniyetmələrin şəhər və rayonlararası futbol turniri, orta ümumtəhsil məktəbləri arasında 4×100 m. estafet və 100 m. məsafəyə sürətli qaçış yarışları keçirilib. Bu tədbirlərdə 500-dən artıq adam […]

Mingəçevirli “Şahinlər” şəhər birinciliyinə qatıldılar

Martın 12-də Gənclər və İdman idarəsi, Mingəçevir şəhər Təhsil şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi “N” saylı hərbi hissədə “Şahin” hərbi idman oyunlarının şəhər birinciliyini keçirib. 20 komandanın qatıldığı yarış musiqi sədaları altında sıra düzümü ilə başlanıb. Sonra darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə […]