Browsing monthly archive

İyul 2015

Afula-Mingəçevir qardaşlaşmış şəhərlər oldu

“Mən Azərbaycanı  yaxşı tanıyıram. 5 il ölkənizdə  İsrailin səfiri olmuşam. Bu dəfə isə Azərbaycana və şəhərinizə nümayəndə heyəti ilə İsraildən gəlmişəm.  İstəyirik ki, bizim və sizin yaşadığınız şəhərlərin mədəni və digər əlaqələrini quraq”. Bu sözləri iyulun 9-da Mingəçevir və  Afula şəhərlərinin  qardaşlaşması haqqında müqavilə imzalanarkən   Afula şəhər merinin müavini Mixail Barkan deyib. Onun fikrincə, bu […]

MVA Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Bərdədə aztəminatlı ailələrlə görüşüb

Layihə  Mingəçevir, Bərdə, Ağdam və Yevlax sakinlərinə,  o cümlədən məcburi köçkünlərə ünvanlanıb. Ötən müddətdə MVA-nın nəzdində hüquq otağı açılıb, regional MTV kanalı ilə sosial mövzuda bir saatlıq veriliş efirə yayılıb, Ağdamın Dördyol qəsəbəsində təlim keçilib. Növbəti təlim Bərdədə, Elektron Kitabxanada baş tutub. Bu təlimdə “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin hüquqşünası  İnqilab Həsənov vətəndaşların sosial hüquqlarıyla […]

Mingəçevirdə əhalinin istirahət yeri fərdi tikinti üçün ayrılıb

S. Vurğun küçəsindəki 1 və 3 saylı, M. F. Axundov küçəsində 2/1 və 2 saylı yaşayış binalarınm sakinləri  Mimgəçe-vir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova ünvanladıqları məktubun surətini redaksiyamıza da göndəriblər. Onlar  həyətlərindəki yaşıllıq sahəsinin fərdi ev tikmək üçün ayrılmasına etiraz  edirlər.  Tələb budur ki, torpağa verilmiş çıxarış ləğv edilməli,  tikili  təcili dayandırılmalıdır. Müraciətdə deyilir […]

Mingəçevir polisinin yeni inzibati binada bayramı

Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra yeni inzibati binanın akt zalına toplaşıblar.  Şəhər polis şöbəsinin rəisi, polkovnik  Ələsgər Bədəlov Azərbaycan polisinin tarixindən və inkişaf yolundan, ölkə başçısını diqqətə və qayğısı sayəsində polisin maddi-texniki bazasının və işçilərinin sosial rifahının yüksəlməsindən söz açıb. O, vurğulayıb  ki, daxili işlər orqanları ictimai asayişin qorunmasında,  cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər […]

MVA Mingəçevirdə sosial problemlərlə bağlı təlim keçəcək

Sosial problemlər heç birimizdən yan keçmir. Bütün bunları nəzərə alaraq, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi layihə çərçivəsində iyulun 14-də saat 10.30-da Mingəçevir şəhərində,  Mingəçevir Media Mərkəzində  (Rəsul Rza küçəsi, 23)  sosial problemlərlə bağlı təlim təşkil edir. Təlimi  birliyin rəhbəri Fərman Nəbiyev, hüquqşünas İnqilab Həsənov və layihənin jurnalisti Yeganə Nəbiyeva aparacaqlar. Arzu edənlər təlimdə iştirak edə bilərlər. Layihə […]