“Mən ailədə də,cəmiyyətdə də kişilərin əsas söz sahibi olmasının tərəfdarıyam, amma əlbəttə, qadınların da sözü eşidilməlidir”
Birinci təqdimat: Müsahibimiz Bərdədə, ziyalı ailəsində doğulub. Atası müəllim, anası evdar qadın olub. Orta məktəbi “Qızıl medal”la bitirib və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universitetdə televiziya ixtisası üzrə təhsil alsa da, tələbnamə üzrə Bərdəyə qayıtmalı olub. Yerli qəzetdə jurnalist kimi fəaliyyətə başlayıb. Bir il sonra redaksiyanın aparıcı işinə irəli çəkilib və 2007-ci ilə […]