Browsing monthly archive

İyun 2015

2015-ci ilin I rübündə Mingəçevir sənayesinin inkişafı

Respublikanın istər əhalisinin sayına, istərsə də iqtisadi potensialına görə dördüncü şəhəri olmaqla bərabər, Mingəçevir əsas sənaye mərkəzlərindən də biridir. Şəhər sənayesində elektroenergetika, kimya, mədənçıxarma, maşınqayırma və başqa qeyri-neft sahələri cəmləşmişdir. Mingəçevirdə sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşmasını bir qədər də sürətləndirmiş və bu proseslər fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz müsbət […]

Veronika Divişova: “Biz cəmiyyət üçün xeyirli iş görürük. Cəmiyyət də bizə ideyalar verir”

Çexiyanın Sourcefabric təşkilatının bir qrup nümayəndəsi iyunun 11-dən 13-dək “Mingəçevir işıqları” qəzetinin qonağı olub və  redaksiyanın yeni internet səhifəsinin hazırlanmasında kollektivə yaxından köməklik göstərib. Əməkdaşımız  Sourcefabricin beynəlxalq koordinatoru Veronika Divişova ilə təşkilatın Azərbaycanda və dünyada fəaliyyəti barədə söhbət aparıb. -Təşkilatınız haqqında bir az ətraflı bilmək istərdik. Azərbaycanda və ondan kənarda hansı işləri görürsünüz? -Biz Çexiyada […]

Bolqarıstan yığma komandasının üzvləri Migəçevirdəki şəraitdən razılıq edirlər

“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarına güclü heyətlə qatılan  Bolqarıstan komandasının üzvləri Mingəçevirdə yaradılan şəraitdən razılıq edirlər. Komandanın məşqçisi Dimitri İvanov jurnalistlərə müsahibəsində deyib: “Mingəçevirdə hər şey əladır. Təşkilatçılıq yüksək səviyyədədir. Biz burada yaxşı qonaqpərvərliyin şahidi olduq. Atletlər kəndində yerləşmişik. Oyunun keçirildiyi yerə bizi rahat nəqliyyat vasitələri gəririr və aparır”. Yarış iştirakçısı […]

Xəbər Araşdırma QHT Təqvim Qalereya Ədəbiyyat Mingəçevir Bazardaxil ol “Burada hər cür naz-nemət, bolluq və bərəkət gördük”

I Avropa Oyunları zamanı Mingəçevirə çoxlu sayda turistlər gəlib. Onlar şəhərin gəzməli-görməli yerləri ilə tanış olur, əhali ilə yaxından ünsiyyət qurmağa çalışırlar. Azəri xalqı öz ənənəsinə sadiq qalaraq, qonaqpərvərlik nümayiş etdirir. Bu günlərdə turistlərdən biri ilə həmsöhbət olduq. Slovakiya Respublikasından gələn Petra Kvolna   şəhərə heyran olduğunu bildirdi: “Birinci dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycan haqqında eşitmişdim, […]

“Kür” OTİM-də yaradılan şərait avropalı idmançıların ürəyincədir

“Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında iştirak edəcək avropalı idmançılar Mingəçevirə gələrək təlim-məşqlərə başlayıblar/ “Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarının başlanmasına bir gün qalıb. 37 ölkədən 295 tanınmış idmançı bu mötəbər yarışlarda iştirak edərək mükafat qazanmaq üçün artıq Mingəçevirə gəlib. Komandaların üzvləri və onları müşaiyət edən nümayəndə heyəti […]

Pulu hara yatırmalı: banka, yoxsa sığortaya?

Maddi itkiləri ödəmək üçün Mingəçevirdə yaşayan və taksi xidməti ilə ailəsini saxlayan Məhərrəm Musayev deyir ki, həmişə avtomobilini sığortalayıb, ödənişləri də hər ay həyata keçirib. Amma qəza baş verəndə sığorta şirkəti ödənişdən boyun qaçırıb: “Birinci dəfə uzun süründürməçilikdən sonra çox cüzi bir məbləği təklif etdilər, “qalanını özünüz ödəyin” dedilər. İkinci dəfə isə yolun narahatlığı üzündən […]