Browsing monthly archive

İyun 2015

Azərbaycan idmançısı Valentin Demyanenko birinci Avropa Oyunlarının gümüş medalını qazanıb

Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko da yarışların finalında mükafat uğrunda mübarizə aparıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə ikinci yeri tutub. V.Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa isə 40,188 saniyə nəticə ilə 3-cü olub. Digər təmsilçimiz […]

“Bugün mənim günüm deyil… İkinci yer mənim üçün məğlubiyyətdir”

-Yarış necə keçdi? -Mənim üçün o qədər də uğurlu olmadı. Hər bir idmançı qızıl medal üçün cəhd edir.Bugün belə alındı ki, mən uduzdum. 200 m çox az məsafədir. Burda fortuna da önəmlidir. Mənim bəxtim gətirmədi. Qarşıda Dünya çempionatı var. Gələn il çox ağır olacaq. Hələ vaxtım var. Bu məni sakitləşdirən yeganə amildir. Öz səhvlərimi və […]

Mingəçevirlilər şəhərimizdə keçirilən Birinci Avropa Oyunları barədə fikirlərini bölüşürlər

Ağdamdan məcburi köçkün düşən Arzu Əzimova belə irimiqyaslı tədbirlərin keçirilməsində dövlət başçısı İlham Əliyevin böyük xidməti olduğunu deyir. -Sizcə, Avropa Oyunları Mingəçevirə nə verdi? -Hər şey. Mingəçeviri bütün dünya tanıdı. Azərbaycanlıların nələrə qadir olduğunu bir daha bildilər. Turistlər hələ bundan sonra gələcəklər Mingəçevirə. Avarçəkmə üzrə bir medalımız var. Bizi qabaqda bundan da böyük qələbələr gözləyir. […]

MVA “Disput”da sosial problemləri üzə çıxardı

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aztəminatlı ailələrə və məcburi köçkünlərə sosial hüquqlarla bağlı hüquqi və informasiya xidmətinin təşkili” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində MVA nəzdində hüquq kabineti açılıb.  Mingəçevir Televiziyasının “Disput” verilişində müzakirə aparılıb. İlk verilişi oxucularımızın nəzərinə çatdırırıq.

Yarışlar güclü mübarizə şəraitində keçir

Kanoye üzrə yarışların iştirakçısı, İrlandiya komandasının üzvü Cenefer Eqam Çexiyada keçirilən 500 m məsafədə qadınlar arasında keçirilən yarışlarda  Avropa üçüncüsü olub. Bu gün isə o, Mingəçevirdə, I Avropa Oyunlarında qüvvəsini sınayır. -Yarışlar necə keçdi?  Ümumiyyətlə, rəqiblər güclü idimı? -Yarışlar çox gözəl keçdi. Əsasən də bu İrlandiya komandası üçün daha önəmlidir. Çünki kanoye prezidenti də İrlanddı. […]

Bu gün Milli Qurtuluş günüdür

İHB-nın birinci müavini İlham İsmayılov açaraq, 15 İyun gününün Azərbaycanın müasir tarixində mühüm bir yer tutduğunu, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilyini vurgulayıb. YAP ŞT-nın sədri Cavanşir Yusubov, “Tələbə”  Poliklinikanın baş həkimi Nurcamal Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev Milli Qurtuluş gününün xalqımızın müstəqillik  firavan […]

Hoff Max 1000 m məsafəyə kayak yarışlarında qızıl medal qazandı

Almaniyalı oyunçu Hoff Max müxbirimizlə söhbətində  yarışın çətinliyini vurğulayıb: “Bu mənimçün ilin ən çətin yarışı oldu. Ən sonuncu ana qədər özümü saxladım. Birinci yerə çıxmaq üçün maksimum güc sərf etdim. Çox xoşbəxtəm”. Hoff Max bu mötəbər yarışların dünyada çox maraqlı idman hadisəsi olduğuna əminliyini bildirib. “Çox şadam ki, Mingəçevirdə bu heyrətamiz Oyunlarda Almaniya idmançıları da […]

İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz oldu

“Bakı-2015” Birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində avarçəkmə yarışları davam etdirilir. İyunun 16-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində kayak və kanoe qayıqlarında yarışların final mərhələsinə start verilib. Hər iki növ üzrə yarışların son günündə 10 dəst medal sahibini tapacaq. Bu gün Azərbaycan milli yığma komandasının 3 təmsilçisi də final mərhələsinin iştirakçısı olacaq. Azərbaycan təmsilçiləri 5 məsafəyə […]

Bu gün səhər saatlarından Mingəçevirdə avarçəkmə yarışlarına başlandı (yenilənir)

Yığma komandamızın daha bir üzvü İnna Rdomska-Osipenko qadınların kayak yarışında uğurla çıxış edib. O, 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Rdomska-Osipenko yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq. Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İnna Rdomska-Osipenko ilə yanaşı Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər. […]

Azərbaycan idmançılarından üçü finala vəsiqə qazandı

Yarışlarda 37 ölkədən 300 kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib. Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunur. Kayak və kanoe idman növləri üzrə Sergey Bezuqlıy, Mirnazim Cavadov, Tamerlan Mustafayev, İnna Osipenko-Radomskaya, Aleksey Kupin, Valentin Demyanenko, Taras Matviyçuk mübarizə aparır. Azərbaycan təmsilçiləri Sergey Bezuqlıy – Aleksey Kupin kanoe cütlüyü  3:29.489 […]