Browsing daily archive

İyun 16, 2015

İngiltərəli jurnalist ölkəmizin füsunkar gözəlliyindən danışdı

Birinci Avropa Oyunlarında mükafata layiq yerlər uğurunda mübarizə aparacaq idmançılarla yanaşı, ölkəmizə çoxlu sayda əcnəbi jurnalistlər də gəlib. Onlardan biri İngiltərədən gələn Liam Morgandır. Onunla  görüşüb, yarışları necə izlədikləri barədə müsahibə aldıq. Liam bildirdi ki, onlara yarışları izləmək üçün çox yaxşı şərait yaradılıb: “Birinci dəfədir ki, Mingəçevirdəyəm. Özümü çox yaxşı hiss edirəm, çox gözəl şəhərdir.Yarışlar […]

Belorus qardaşlar: “Əla. Çıxışımız möhtəşəm oldu”

-Yarışlar necə keçdı? -Əla. Çıxışımız  möhtəşəm oldu. Bu qızıl medal üşün çox məşq etdik. Bizim üçün Azərbaycan doğmadır. Ölkələrimiz dostluq edirlər.Burda insanların isti münasibəti özünü göstərir. Çox sevincliyik ki, məhz Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarında qızıl medalı qazandıq. -Güclü rəqibləriniz kimlər idi? -Almaniya, Macarıstan, Rusiya və Çexiya idmançıları idi. Bəzən kimsə güclü, kimsə zəif iştirak […]

2-ci yer ilk deyil, amma necə deyərlər, olan oldu…

Kayak-dördlük 1000 m məsafədə yarışlarda qızıl medalı macarlara “verib”, özləri 2-ci yerin qalibi olan Rusiya komandasının nümayəndəsi Vasili Poqreban deyir ki, heç bir problem yaşamayıblar: “Sadəcə, biz layiq olduğumuzu qazandıq. Finişə çatanda gözləmədiyimiz halla rastlaşdıq. Əslində, biz kənarla gəlirdik. Onlar isə bir qədər səmtlərini dəyişdilər. Biz onları görmədik”. -Amma ikinci yer də pis deyil. Təəssüratlarınızi […]

Azərbaycan idmançısı Valentin Demyanenko birinci Avropa Oyunlarının gümüş medalını qazanıb

Kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko da yarışların finalında mükafat uğrunda mübarizə aparıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə ikinci yeri tutub. V.Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa isə 40,188 saniyə nəticə ilə 3-cü olub. Digər təmsilçimiz […]

“Bugün mənim günüm deyil… İkinci yer mənim üçün məğlubiyyətdir”

-Yarış necə keçdi? -Mənim üçün o qədər də uğurlu olmadı. Hər bir idmançı qızıl medal üçün cəhd edir.Bugün belə alındı ki, mən uduzdum. 200 m çox az məsafədir. Burda fortuna da önəmlidir. Mənim bəxtim gətirmədi. Qarşıda Dünya çempionatı var. Gələn il çox ağır olacaq. Hələ vaxtım var. Bu məni sakitləşdirən yeganə amildir. Öz səhvlərimi və […]

Mingəçevirlilər şəhərimizdə keçirilən Birinci Avropa Oyunları barədə fikirlərini bölüşürlər

Ağdamdan məcburi köçkün düşən Arzu Əzimova belə irimiqyaslı tədbirlərin keçirilməsində dövlət başçısı İlham Əliyevin böyük xidməti olduğunu deyir. -Sizcə, Avropa Oyunları Mingəçevirə nə verdi? -Hər şey. Mingəçeviri bütün dünya tanıdı. Azərbaycanlıların nələrə qadir olduğunu bir daha bildilər. Turistlər hələ bundan sonra gələcəklər Mingəçevirə. Avarçəkmə üzrə bir medalımız var. Bizi qabaqda bundan da böyük qələbələr gözləyir. […]